Qulağımızın tez-tez və ya hərdən cingildədiyi vaxtlar olur. Çox vaxt öz-özünə keçən bu vəziyyət mobil telefonla çox danışmaqdan, qulaqcıqla yüksək tonda musiqi dinləməkdən dolayı qulaqdaxili sinir uclarında həssaslığın artmasından qaynaqlanır. Eyni zamanda qulaq çirki, qulaq pərdəsinin zədələnməsi, allergiya və sinuzit, travmalar, limfa vəzi xəstəlikləri, şəkərli diabet, siqaret çəkmək qulaq cingildəməsinə səbəb olsa da mütəxəssislər bu vəziyyətdə beyin şişini də istisna etmirlər.
Ailə xəstəxanası, Beyin və Sinir Cərrahiyyəsi mütəxəssisi Dr.Hamit Aytar qulaq cingildəməsində bu halları ciddi xəstəliyin xəbərçisi hesab edir.
Uzun sürən və tez-tez təkrarlanan cingildəmə.
Mədə bulantısı və qusma.
Baş gicəllənmə.
Ağır eşitmə.
Yaddaş pozğunluğu.
Üz iflici
Əgər sizdə də bu hallardan biri və ya bir neçəsi müşahidə olunursa vaxt itirmədən həkimə müraciət edin.
qadinlar.biz