Sizə təqdim etdiyimiz bu test rəhbər vəzifəyə gəlmək istəyən, yaxud da artıq həmin vəzifədə çalışan şəxslər üçün nəzərdə tutulub. Test özünüzə nə dərəcədə əmin olmağınızı, təşkilatçılığı hansı səviyyədə bacarmağınızı və öz nöqteyi-nəzərinizi, həmçinin prinsiplərinizi nə dərəcədə müdafiə edə biləcəyinizi anlamağa kömək edəcək.
- Müxtəlif əşyalar, hal və hadisələr haqda konkret şəxsi fikriniz olurmu?
a) Həmişə – 15 bal;
b) Heç vaxt – 0;
c) Hərdən – 5.
- Sizi fikrinizdən daşındırmaq asandırmı?
a) Həmişə – 0;
b) Heç vaxt – 15;
c) Hərdən – 5.
- Vəzifəli bir şəxslə, yaxud öz müdirinizlə söhbət edərkən həyəcanlanırsınızmı?
a) Həmişə – 0;
b) Heç vaxt – 15;
c) Hərdən – 5.
- Sizə xoş olmayan, sevmədiyiniz insanlarla üz-üzə gəlməkdən qaçmağa çalışırsınızmı?
a) Həmişə – 15;
b) Heç vaxt – 0;
c) Hərdən – 5.
- Qarşınızı, yolunuzu kəsəndə çox qıcıqlanırsınızmı?
a) Həmişə – 15;
b) Heç vaxt – 0;
c) Hərdən – 5.
- Sizi həddindən artıq tərifləyib, olduğunuzdan artıq qiymətləndiriblər. Buna hər hansı bir formada etiraz edərsinizmi?
a) Həmişə – 0;
b) Heç vaxt – 15;
c) Hərdən – 5.
- Hiss etmisinizmi ki, daha çox özünüzdən cavanların əhatə dairəsində olmaq sizin üçün daha xoşdur, nəinki həmyaşıdlarınızın?
a) Həmişə – 15;
b) Heç vaxt – 0;
c) Hərdən – 5.
- Narahatlıqları, çətinlikləri öz öhdənizə götürmək daha yaxşıdır, nəinki başqalarına ötürmək:
a) Həmişə – 0;
b) Heç vaxt – 15;
c) Hərdən – 5.
- İş kollektivinizdə sakit ab-hava saxlanılırmı?
a) Həmişə – 15;
b) Heç vaxt – 0;
c) Hərdən – 5.
- Sizə fikirlərinizi birbaşa olaraq, üzbəüz bildirmək yaxşıdır, yoxsa mesaj və ya məktubla?
a) Sözlərlə – 15;
b) Məktubla – 0;
c) Şərait və şərtlərdən asılı olur – 5.
- Hətta ən xırda, əhəmiyyətsiz məsələlərdə belə qərar qəbul edərkən kimlərləsə məsləhətləşirsinizmi?
a) Həmişə – 0;
b) Heç vaxt – 15;
c) Hərdən – 5.
- Söhbət zamanı qarşınızdakının gözlərinin içinə baxmaq sizin üçün çətin deyil.
a) Həmişə – 15;
b) Heç vaxt – 0;
c) Hərdən – 5.
- Siz təklikdə daha yaxşı, məhsuldar işləyə bilirsiniz, nəinki kollektivdə.
a) Həmişə – 15;
b) Heç vaxt – 0;
c) Hərdən – 5.
- Necə bilirsiniz, bəzi insanlar sizin zəifliyinizdən, sadəlövhlüyünüzdən istifadə edə bilərlərmi?
a) Həmişə – 0;
b) Heç vaxt – 15;
c) Hərdən – 5.
- Tapşırıq vermək, əmr və hökm etmək sizin üçün xoşdurmu?
a) Həmişə – 15;
b) Heç vaxt – 0;
c) Hərdən – 5.
Balları hesablayın və nəticələri çıxarın:
0-120 bal – Aydın görünür ki, rəis olmaq üçün şəxsi keyfiyyətləriniz yox səviyyəsindədir. Bəlkə, özünüz də idarəedən yox, idarəolunan olmağı istəyərdiniz. Bu, onunla bağlıdır ki, özünüzü qiymətləndirməyə, özünüzə dəyər verməyə alışmamısınız. Özünüzə inamın aşağı olması, başqasının təsiri altına tez düşməyə, başqası tərəfindən idarə olunmağa meyllilik də məhz buradan doğur.
125-180 bal – İdarə olunmağı sevmirsiniz, eyni zamanda, şəxsən əmrlər verməyi də arzulamırsınız. Amma bu, bir faktdır ki, müxtəliftipli, vəzifəli insanlarla işləməli olursunuz. Öz fikirlərinizi müdafiə etməkdən, hərəkətlərinizə cavabdeh olmaqdan qorxmayın. Emosiyalarınızın və hisslərinizin qarşısını almağa çalışın. Hər şeydən öncə isə həmkarlarınıza işgüzar tərəf-müqabilləri kimi yanaşmağı öyrənin.
185-200 bal – İnsanları idarə etməyə meyllisiniz. Siz məsuliyyətli, ağıllı və kifayət qədər təşkilatlanmış bir insansınız. Hər zaman öz nöqteyi-nəzərinizi müdafiə etməyə, ətrafınızdakıları haqlı olduğunuza inandırmağa qadirsiniz.
200 və daha çox bal – Siz təbiətcə hökmlüsünüz. Sizin tələblərinizə cavab verməyənlərə münasibətdə ciddi tədbirlər həyata keçirməyə qadirsiniz. Rəhbərliyiniz altında çalışanlar (əgər onlar varsa), ən yaxşı halda sizdən ehtiyat edir və çəkinirlər. Əgər siz indi-indi rəis olmağı arzulayırsınızsa, işdə həmkarlarınıza münasibətdə öz mövqelərinizə yenidən baxmağınız tövsiyə olunur. Digər insanların da fikirlərini nəzərə almağı, onların fikirlərinə hörmətlə yanaşmağı öyrənin.
Ruhəngiz Qarayeva
Narınc UPM-in Psixloqu