BİZİ özündən QORU ATA!!!

Bir uşağın başına gələcək ,uşaqlığını əlindən alacaq və sonrakı inkişafı,həyatı, fərdi xarakteri və şəxsiyyət kimi formalaşmasına təsir edən ən böyük travmalardan biri də ailəiçi şiddət görməsi və ya məruz qalmasıdır.

Ata onun gözündə böyük bir məbəd idi… Ən güvənli sığınacaq,ən uca zirvə idi… Bütün problemlərin açarı idi Ata, bütün çətinlikləri asan edən idi onun gözlərində. Ata bir dağ idi, güvən dağı… Ən kiçik narahatlıqlarda qaçıb qollarına sığındığı idi… Ən yaxşı oyun yoldaşı idi. Qollarında göylərə qaldırıb,səmalarda uçuran idi… Ata yaxşı idi… O atanı sevirdi,Ata böyük idi…

Bir gün o qollar yenə qalxdı. Sandı ki, yenə uçuş vaxtıdır, gözləri sevincdən böyüdü. Diksindi… O qalxmış qollar yumruq olaraq endikdə ananın üzərinə… O anda bitdi… Nə olduğunu anlamadı… Böyümüş gözlərindəki sevinci,qorxu təəccüb aldı… bu nə demək idi axı… düşünməyə başladı…

Ana ağlayırdı…

Pis idiki atanın etdiyi?

Ana niyə ağlayırdı?

Axı Ata pis şey etməz!…

Ananın rəngi dəyişib elə bil. Əsasən də gözünün aşağı hissəsində… Aa bəlkə ata da mənim boyama kitabımda qızları boyadığım kimi etmək istəyib… Oynamaq istəyib ana ilə bəlkə… Amma axı mən boya qələmləri ilə boyayırdım… Həm də ki, Ana mənə deyib ki,boyama kitabından başqa yeri boyamaq olmaz… Bəs elə isə… Ata niyə belə elədi ki?!.. O, istəsə mən ona verərdim boyama kitablarımı… Vallah verərdim… Ana da hirslənib ağlamazdı! Ata bilməyib yəqin…

ATA SƏHV EDIB…

Mən səhv edəndə o həmişə məni bağışlayırdı. Anaya deməliyəm… Qaçıb anasına sarıldı… Ana ağlama,ata birdə belə etməz…Bağışla onu…

Ana bağışlamış kimi göründü… Oh,hər şey düzəlir deyəsən…

Amma Ata birdə etdi… Nədənsə son vaxtlar ana ilə oynamağı çox sevir… Amma bu mənim xoşuma gəlmir,nədə ananın. Bugun yenə ananın üzünü boyadı. Bu dəfə daha da çox. Mən birdə boyamayacağam artıq,bəlkə ata da vaz keçər. Heç bir oyunu sevmirəm artıq. Qərar verdim, Artıq bugündən OYUN OYNAMAYACAĞAM!!!

Ata evdə yox idi. Ana ağlayırdı yenə, paltarları da cırılmışdı biraz. Üzü yenə boyalı idi,ağzının kənarında qırmızı nəsə vardı. Ata hara getmişdi bəs? Mən həyətə gedəndə axı evdə idi?! Mən getdim deyə hirslənib anaya yəqin… Kaş getməzdim… Qərar verdim,BUNDAN SONRA ANANIN YANINDAN GETMƏYƏCƏYƏM…

Mən hər gün biraz daha böyüyürəm amma atanın səhvləri heç qutarmır… Ana artıq ağlamır… Amma üzü yenə boyalı olur… Mənimlə də çox az danışır. Hərdən gecələr məni qucaqlayıb biraz ağlayır. Anam ağlasın istəmirəm…

Ata harasa gedib-gəlir bu aralar. Deyəsən həkimə…Ata qışqırmır artıq. Ananın üzü həmişə öz rəngində olur. Evdə sakitçilikdi. Ata yaxşılaşır deyəsən…

Amma məncə O yaxşı deyil artıq…

Gecə yata bilmirəm,bəlkə də ona görə…

Çünki,yuxularımda

Ana hələ ağlayır… Ata hələ qışqırır…

Ata itələyir,Ana yıxılır..

Atanın “Güclü” qolları yenə göylərə qalxır…

Ananın üzü yenə boyanır…

BÜTÜN RƏNGLƏRƏ NİFRƏT EDİRƏM ARTIQ…

Fəridə Qasımova
AMEA-nın Doktorantı,kiçik elmi işçi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər