Corc Buş, Bill Qeyts, Fidel Kastro, Pol Makkartni, Henri Ford, Çarli Çaplin, Makedoniyalı İsgəndər, Leonardo da Vinçi, Mikelancelo, Luis Kerroll, Yuli Sezar, Motsart, Bethoven, Nitsşe, Mark Tven, Prokofyev, Höte, Kafka. Onları birləşdirən cəhət məhşurluqları ilə yanaşı həm də solaxay olmalarıdır.

dushunce.az ailem.az-a istinadən bildirir ki, avqustun 13-ü dünyada Solaxaylar Günü kimi qeyd edilir. 1992-ci ildən başlayaraq hər il qeyd olunan bu gün solaxayların ancaq sağaxaylar üçün düzənlənmiş bu dünyada qarşılaşdıqları əziyyəti, peşmançılıqları cəmiyyətin nəzərinə çatdırmaq üçündür.

Dünyada 10-12 faiz insan solaxaydır. Fərqli zamanlarda solaxaylığa müxtəlif cür yanaşılıb. Onlarda zərərli vərdiş, şeytanın əlaməti, əsəbilik, həm də yaradıcılıq və musiqi duyumu kimi qabiliyyətin olduğu deyilir.

Nyu-Yorkun Sent-Lourens Universitetinin keçirdiyi təcrübələrə əsasən, solaxaylar arasında əqli inkişaf sağaxaylara nisbətən 140 dəfə çoxdur. 40 yaşdan yuxarı ana olan qadınlarda dünyaya solaxay uşaq gətirmə ehtimalı 20 yaşda ana olan qadınlardan 128 dəfə çoxdur.

Eskimoslar arasında hər solaxay şəxs potensial cadugər (sehrbaz) sayılır. Mərakeşdə solaxayları “s`ga” – yəni “şeytan” adlandırırlar. İnklərdə solaxaylar təbiblik və sehr, cadu etmək qabiliyyətinə malikdirlər. Şimali Amerika xalqlarından Zudlar solaxaylığı uğur əlaməti hesab edirlər. Eləcə də Səudiyyə Ərəbistanı kimi İslam ölkəsində sol əli nümayişkaranə göstərmək qanuna zidd sayılır.

Bir çox İslam ölkələrində “natəmiz” sayılan sol əllə yemək bəyənilmir. Təcrübələr göstərmişdir ki, solaxaylar məkan daxili orientasiyada, riyaziyyat və memarlıqda istedadlıdırlar, sağ əl ilə yazanlar isə daha çox şifahi elmlərdə qabiliyyətlidirlər.
Solaxaylığn irsən keçdiyi də deyilir.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, solaxaylıqda genetik faktorlar rol oynayır. Bu haqda fikirlərini ailem.az-la bölüşən psixoloq deyib ki, tarixən solaxaylara qarşı fərqli yanaşmalar olub. Solaxay insanların yandırılması, məhkəmələrdə onlara qarşı hökmlərin çıxarılması, hətta ərin solaxay arvadını boşaması halları kimi: “Amma sonralar ortaya çıxan nəticələrə əsasən, solaxay insanlar daha çevik və analitik dünya görüşünə malik olurlar. Solaxayların yaşamla bağlı xüsusi bir problemləri olmur. Onlar cəmiyyətə daha tez adaptasiya olunurlar. Düşdükləri stuasiyalardan daha rahat şəkildə çıxa bilirlər”.

E.Rüstəmov qeyd edib ki, solaxaylarda beynin həm sağ, həm də sol kürəcikləri aktiv olur: “Solaxaylarda beynin sağ yarımkürəciyilə, sol yarımkürəciyi arasındakı əlaqə daha sürətlidir. Bu da o deməkdir ki, solaxaylarda məlumat daha sürətlə ötürülür və bu, onlara işdə daha çox fayda verir. Belə insanlar həm rasional, həm də duyğusal düşünə bilirlər. Cəmiyyətdə solaxayların sayı azdır. Onu da qeyd edim ki, qadınlara nisbətən daha çox kişilərdə solaxaylıq müşahidə edilir”.

Mərkəz rəhbərinin sözlərinə görə, solaxaylarda psixoloji problemlər daha qabarıq şəkildə özünü büruzə verə bilir: “Psixiatorlar solaxay insanların müalicəsində standart metodlardan istifadə edə bilmirlər. Bunun üçün fərqli metodlardan istifadə edilir. Solaxaylar zərəli vərdişlərə daha meylli olurlar. Onlarda alkaqolizmə və qumara meyllilik müşahidə edilə bilər”.

Milli.Az

Leave a comment

Your email address will not be published.