Şəkərli Diabet Xəstələrinə Psixoloji Yardımın Əhəmiyəti!!!

Şəkərli Diabet(ŞD) dunyada yayılmış,pandemiya halını almış xroniki xəstəlikdir və endogen insulinin aşağı səviyədə olması və ya onun efektivliyinin azalması ilə əlaqədar inkişaf edir.Xəstəliyin əsas iki forması var.1-ci və 2-ci tip.1-ci tip çox vaxt “insulindən asılı” adlanır və uşaq yaşlarında kəskin başlayır.Xəstəlik bədən çəkisinin itkisi,yanğı hissi yorğunluq,infeksion xəstəliklərə həssaslıq, bəzən də koma ilə müşayət olunur.

2-ci tip ŞD “insulindən asılı” olmayan adlanır və əsasən artıq çəkili və ya yaşlı insanlarda yaranır.Çox vaxt əlamətsiz keçir və təsadüfən aşkar olunur.

Digər xroniki xəstəliklərdən fərqli olaraq ŞD-li pasiyentlər müalicə prosesinə özləri aktiv müdaxilə və yardım etməlidirlər.Son tədqiqatlara əsasən ŞD xəstələrinin bir sira psxoloji problemləri və psixiyatrik pozğunluqları olur.Bunlar pasiyentlərə yalnız ruhi istirab vermir həmçinin xəstəliyin gedişinə müalicə və nəticəsinə də mənfi təsir edir.ŞD xəstəliyindən əziyyət çəkən insan özünü həm həkimi,həm tibb bacisi,həm də diyetoloqu olmalidir.Xəstəyə başa salmaq lazimdir ki,ŞD müalicənin məqsədi qanda qlükozanin konsentrasiyasını mümkün qədər normada saxlamaqdır ki,bununla da sonradan daxili orqanların zədələnib sıradan çıxmağının qabağını almaqdır.Xəstənin özünə yardımının vacib şərt olduğunu nəzərə alsaq, ŞD ilə uyğunlaşıb yaşamağı bacarmaqla onun gedişində əsaslı rol oynadığını görərik.

ŞD-nin yaranması və inkişafı, xüsusi ilə 1-ci tipdə bir çox məhdudiyyətlərin qoyulmasına və çətinliklərə gətirib çıxarır.Bir sıra xəstələrdə, ŞD təzə aşkar olunan zaman bir növ “bal ayi” olur.Belə ki,pasiyentlər bir neçə ay müalicə rejminə və tələblərə düzgün əməl edir,xəstəlik yeni olduğu üçün dərmanların qəbulu onlara əzab verici və yorucu olmur.Digər qrup insanlar isə tələb olunan rejimə uyğunlaşa bilmirlər.Onlar xəstəliyi iqnor edərək özlərini xəstəlik olmamış kimi aparırlar.Belə pasiyentlərdə son nəticədə inamsızlıq,aqressiya və depressiya inkişaf edir.Burada “faciə” yaşanan zaman ona olan cavab reaksiyasına oxşarlıq yaranır.Belə ki,ŞD xəstələri bir sıra itkilərin təhlükəsi ilə qarşılaşırlar.Bunlar işin itirilməsi qorxusu, karyera qurmaq şansının əldən çıxması,seksual reproduktiv funksiyanın azalması görmənin və ətraflarin itirilməsi öz həyati və gələcəyinə nəzarətin itirilmə qorxusudur. Digər tərəfdən xəstəxana şəraitində,ailədə,tanış dostlar arasında ŞD-nin ağır gedişinə şahid olması, ŞD-ə tutulan insanları çarəsizliyə sala bilər.Bu vəziyyətdə psixoloqun işi aktiv sürətdə qayğı ilə pasiyentə yanaşmaqdır ki, onda “lazim olmayan” psxotravma yaşanmasın. Pasiyentə başa salınmalıdır ki,ŞD-nin müalicə və nəticəsi hal-hazırki zamanda keçmişdəkindən daha uğurlu aparılır.Adətən, insanlar hesab edir ki,ŞD onların həyatını əlindən alib və bu da çarəsizlik hissinə gətirib çixarır.Digər qrup xəstələr isə ətrafdakıların bilməsindən qorxur deyə, müalicə tədbirləri görmür.Bu da onların sağlamlığı üçün təhlükə yaradır.

ŞD-nin gündəlik müalicəsinin uğurlu komponentlərinə pəhriz,müalicə terapiyasi, fiziki tapşırıqlar,müayinələr aiddir.Xəstələr özlərinə yardım etməyi bacarmaq üçün psixofizyoloji adaptasiya olmalıdırlar.Bir çox psixoloji baryerlər aşılmalıdır.Həkimin tapşırıqlarına əməl etməli və bunun üçün də həkim xəstəyə anlayışla yanaşmalı, ona faydalı məsləhətlər verməlı və effektiv təlim keçməlidir.Qeyd etdiyimiz psixoloji çətinliklər bu insanlarda ŞD xəstəliyinin əvvəlində olur.Bunlar yüngul psixoloji problemlərdən başlayaraq ağır psixi xəstəliklərə qədər tərəddüd edir.ŞD ən çox rast gəlinən psixoloji pozuntu həyacan komponenti olan və həyacan komponenti olmayan depressiv psixozdur.Bu da psixosossial xarakterli problemlərlə əlaqələnir.Yüngül ifadəli depressiv sindromda ŞD-dən əziyyət çəkən insanlar və onların ailə uzvlərinə faydalı məsləhətlər,tövsiyyələrin verilməsi yararlı olur.Daha ağır hallarda isə spesifik psixoterapiya üsullarini tətbiq etmək lazim gəlir.Hal-hazırda bu tip pasiyentlərə problemlərin həll edilməsinə hədəflənən koqnitiv-bixevioral terapiya, pozitiv terapiya növləri tətbiq edilir. Sübut olunmuşdur ki, ŞD xəstələrində depresssiya antidepresantlarin müalicəsinə tabe olur. ŞD depressiyasına barmaqarasi baxib, xəstəlik üçün “norma” kimi qəbul edib onu müalicə etməmək ən qəbuledilməz səhvdir.

Fəridə Həsənova

Narınc Uşaq Psixologiya Mərkəzinin pedaqoq-psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər