Psixoloq: “Ana və qızın intiharı hadisəsi konservativ ailə modeli ilə bağlıdır!!!”

“Azərbaycanda intihar hadisələrinin sayı artıb. Bunun qarşısını almaq üçün risk qrupları və intiharın səbəbləri ilə bağlı araşdırmalara ehtiyac yaranıb”

Psixoloqun sözlərinə görə, bəzi insanları intihar etməkdən çəkindirmək mümkün olsa da, Azərbaycan ailələrində gərginliyə doğru gedən proseslərə həssas yanaşmırlar: “Ailədə əgər kimsə bədbindirsə, həyatdan bezdiyini deyirsə və ya axirətdən danışırsa, onu mütəxəssislərlə və bir qədər dünya görmüş insanlarla görüşdürmək lazımdır. Bu, psixoloq, ağsaqqal, dini mütəxəssis və ya ata-ana ola bilər. Bizlərdə hələ də “psixoloqa getsəm, nə deyərlər” təfəkkürü qalıb. Biz bu klişelərdən nə qədər tez qurtarsaq, toplum o qədər inkişaf edəcək. Alkoqollu içkilər, mühafizəkar ailələr, xəstələr, ailə qurmayan insanlar risk qrupuna aiddir. Bəzən bu genetik faktordan da baş verə bilir. Hər bir insan yaşam boyu 1-2 dəfə də olsa, intihar barədə düşünür və ya isterik tiplər mütəmadi olaraq intihara cəhd edir”.

Son günlər baş verən ən tükürpədici intihar hadisəsinə toxunan psixoloq bildirib ki, Bakıda ana və qızın eyni vaxtda 9-cu mərtəbədən özünü ataraq intihar etməsi konservativ ailə modeli ilə çox əlaqəlidir: “Fikir verin, bütün qonşular deyir ki, o ailə həmişə əxlaqlı, mədəniyyətli, hörmətli və sakit ailə olub. Bir sözlə, konservativ ailələrdən olan bu ailə hər kəs tərəfindən nümunəvi model kimi xarakterizə edilir. İntihar edən qız məktubunda nə deyir? Yazır ki, bacısının kiməsə qoşulub qaçmasından xəbəri olub. Deməli, o qız bu günə kimi ailənin qoruyub saxladığı namus, əxlaq dəyərlərini yerə vurduqlarını düşünüb və bu səbəbdən də intihar yolunu seçib. Əlbəttə ki, ailə oturub bu məsələləri müzakirə etməli, müqəssiri aşkarlamaq yox, problemdən çıxış yolu axtarmalı idi. Çox istərdim ki, Azərbaycan ailələri problem baş verdiyi təqdirdə doğru çıxış yolu tapsınlar. “Dərd varsa, dərman da var” prinsipi ilə çıxış etsinlər. Emosiya ilə davranmaq vəziyyəti daha da çətinləşdirir. Ailədə immunitet olarsa, o problem ailəni dağıtmayacaq, əksinə daha da möhkəmləndirəcək”.

Psixoloq Elnur Rüstəmov deyib ki, intihar haqqında düşünən insan üzərində 6 aydan 1 ilə qədər psixoloji bərpa işi aparılmalıdır: “İntihar edəcək insan bəzən bunu gizlədə bilir, amma bəzən də ailəsinə bunu edəcəyi ilə bağlı müəyyən sözlər deyir. Amma ailə bunu ciddiyə almır. İntihar barədə düşünən insanın normal düşüncəyə qayıtması üçün 6 aydan 1 ilə qədər vaxt lazımdır. Həmin adam cəmiyyətə tədricən inteqrasiya olur. O dəstək alınmadıqda ciddi problemlər yarana bilər. Daha sonra psixoloji narahatlıq müdaxilə olmadıqda psixiatrik problemə gətirib çıxara bilər”.

Bəzən psixoloji sarsıntı keçirən insanlara düzgün yol göstərilməməsi də faciəyə gətirib çıxarır. Daha bir intihar hadisəsinin motivlərinə toxunan psixoloq deyib ki, Xaçmazda 18 yaşlı bir oğlanın qonaq getdiyi evdə özünü asmasında yaxınlarının da günahı az deyil: “Hadisənin motivlərinə baxanda görürük ki, bir müddət əvvəl həmin oğlanın atası özünə qəsd edib. Bunu genetik intihar növünə də aid etmək olar. Amma diqqət çəkən daha bir məqam var. O cavan oğlanın özünü öldürməsindən qorxan yaxınları guya köməklik olsun deyə onu rayona, dayısıgilə göndərirlər və beləliklə intihar haqda düşünən adam üçün əla bir şərait yaratmış olurlar. Lakin düzgün seçim onu psixoloq, psixiatr və ya digər mütəxəssislərin yanına göndərmək idi”.

Gənclər arasında da intihar hallarının az olmadığını deyən psixoloq hesab edir ki, əsas problemlər valideyn-övlad münasibətlərindəki boşluqlardan qaynaqlanır:

“Bir neçə gün əvvəl Ağstafada universitetdən qovulan gənc özünü asdı. Onun intihardan əvvəl yazdığı məktubda deyir ki, “məndən adam olmayacaq”. Deməli, ona “səndən adam olmayacaq” sözləri çox deyilib və universitetdən qovulması artıq onun özünə qarşı nifrətini artırıb. Və o düşünməyə başlayıb ki, axı mən niyə bu qədər fərasətsizəm? Bəlkə də ondan bacarığından daha artıq şeylər tələb olunub. Bütün hallarda hesab edirəm ki, ailələr imkan verməlidir ki, övlad müstəqil hərəkət etsin, qərar vermə qabiliyyətində olsun. Ailədaxili münasibətlər doğru qurularsa, bu cür hallar az baş verəcək”.

Milli.Az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər