Sən Mənə Lazımsan….

Xəstəxanadayam. Qarşımda 5 yaşında şəkər xəstəliyi olan bir uşaq var. Həyat dolu, xəstəliyinin adını bilib, nə olduğunu başa düşməyən məsum gözlər mənə baxır. “Mənə şirin bir şey yemək olmaz”deyir. Əlini yeni il hədiyyələrinə uzadır və tez də geri çəkir. O, bu il çox sevdiyi atası ilə birlikdə olmayacaq. Anası 1 həftə əvvəl həyat yoldaşını itirdiyini mənə bildirdi.

Uşağın əllərini tuturam. Bu arıq, həyat eşqi ilə dolu, eyni zamanda çox kiçik yaşda fələyin silləsini yemiş kiçik insana baxıram. Bir anlıq dünyada valideynini itirmiş neçə uşağın ola biləcəyi ağlıma gəlir.

1 həftə əvvəl atasını itirən bu məsum qıza baxdığım zaman, həyatın gözlənilməz sərt qaydaları ilə, çətinlikləri ilə kiçik yaşlarda üz –üzə gəldiyini ürək acısı ilə qarşılayıram.

Beləliklə, kiçik yaşlarda ana ya da atasını itirmiş uşaqlara və eləcə də onların sağ qalmış valideynlərinə psixoloji xidmətin zəruriliyini bir daha başa düşərək bu haqda fikirlərimi oxuyucularla bölüşməyə qərar verdim.

Ata anasından birini, ya da hər ikisini itirən uşaqların yaşadıqları stress reaksiyaları onların yaşlarına görə fərqlidir. Belə ki, 7 yaşına qədər uşaqların ölüm haqqında anlayışları və reaksiyaları məhduddur. Onlarda mücərrəd anlayışlar tam formalaşmadığına görə, belə hadisələr çox dərin izlər buraxmaya bilər. Burada istisna hallar da mövcuddur. Əgər uşaqlarda uzun müddət kefsizlik, yuxudan qorxaraq oyanma və iştahsızlıq baş verərsə, o zaman mütəxəssislə görüşmək məsləhət olunur. Uşaqlara ölənlərin yox olmadığını, başqa bir yerə getdiyini demək , ya da haradasa onu izlədiyini demək düzgün hesab olunmur. Çünkü uşaqda, ölən şəxsin geri dönəcəyi fikri formalaşa bilər. Bu isə illərcə uşağın həsrətlə gözləməsinə, aldanıldığı hisslərinin yaşanmasına səbəb olur. Bu da mənfi mənada uşağa təsir edir. Valideynin ölüm səbəbini fikirləşən uşağa elə gəlir ki, bunun səbəbkarı odur. Uşaq bu günahkarlıq hissi ilə bacarmadıqda psixoloqun köməyinə ehtiyac hiss olunur.

Qeyd edək ki, uşağınemosionalreaksiyaları bir çoxfaktordanasılıdır. Belə ki, itirilənvalideynlə olanmünasibət, itirilmə şəraiti (qəza, qəfil, uşağıngözü önündə və s.), ailədəkidigər üzvlərin ölümhadisəsinə münasibətidə uşağınreaksiyalarınatəsiredir.

Böyükinsanların ölümqarşısındayaşadığı duyğularilə, uşaqlarınduyğuları arasındaoxşarlıqdamüşahidə edilir. Çarəsizlik, tənhalıq, boşluq, mənasızlıqyaşananhisslərarasındadır. Çoxvaxtuşaqlardaaqresiyyadamüşahidə olunur. Məclisdə ölən şəxshaqqındasöylənə biləngizlimənfifikirlərdə buaqresiyyanındahada şiddətlənməsinə səbəbolabilər.

Ailə üzvlərinin özhissləriniuşağınyanındagizlətməsi, heç nə olmamış kimidavranmaları daməsləhətdeyil. Həyatdaolanvalideyn, uşağın ölən şəxshaqqındadanışmasınamaneolmamalıdır. Uşağınsevdiyi şəxsə, ölən şəxshaqqındaxoş xatirələrinidanışmaqistəyidiqqətə alınmalıdır. Bəzənbununəksidə müşahidə olunur. Uşaqbuhaqdaqətiyyəndanışmaqistəmir. Ozamanhəyatdaqalanvalideyn özhisslərinigizlətməməli, belə birvəziyyətinonada çətinolduğunu, ammahəyatındavametdiyinivə ölən şəxsisevmələrinə heç birhadisəninmaneolmadığını bildirməlidir.

Yalnız itirdiyimiz zaman, gələcəklə əlaqədar ümidlərimizin məhv olduğunu hiss edir, sevdiklərimizlə keçən zamanın dəyərini başa düşürük. Amma klassik bir cümlə kimi səslənsə də, həyat davam edir.

Gəlin həyatımızın ən dəyərli varlıqları olan övladlarımıza daha çox vaxt ayıraq. Ətrafımızda valideynini itirmiş uşaqlara diqqətlə yanaşaq…

Mələk Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

Xəzər Universitetinin psixologiya müəlliməsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər