Çox vaxt qadınlar depressiyada olarkən və ya həyatında nəyisə dəyişdirmək istəyərkən saçını rəngləməyi qərara alırlar.

Psixoloqların fikrincə, saçın təbii rənginə görə insanın xasiyyətini öyrənmək olur. Aparılan tədqiqatlar onu da göstərir ki, saçın başqa rəngə rənglənməsi, insanın xasiyyətini, həyat tərzini, fikirlərini dəyişdirir. Bu səbəbdən də, çox vaxt qadınlar depressiyada olarkən və ya həyatında nəyisə dəyişdirmək istəyərkən saçını rəngləməyi qərara alırlar.

Saçın rəngini, düzümünü və bütövlükdə geyim tərzini dəyişdirdikdən sonra onları ətrafdakılar başqa cür qəbul etməyə başlayır. Bu da onların davranışının, nəticə də isə həyatının dəyişməsinə gətirib çıxarır.

Qara saçlar

Qara saçlı adamlar güclü, məqsədyönlü və səbirli olurlar. Onlar karyerada uğur qazanır, işgüzarlığı ilə seçilir, məqsədlərinə çata bilirlər. Lakin tənhalığa meylli olduqları üçün dostları az olur. Cəsarəti ilə seçilən qaraşınlar şəxsi münasibətlər zamanı da birinci addım atmaqdan çəkinmir. Hesab olunur ki, həm qaraşın qadınlar, həm də kişilər çox ehtiraslıdırlar.

Tünd şabalıdı saçlar

Cazibədar və yaradıcı adamlar olur. İncəsənətlə maraqlanır, bəziləri istedadlı olur və uğur əldə edirlər. Ağlı və hadisələri analiz etmək həvəsi ilə seçilirlər.

Qəhvəyi saçlar

Qəhvəyi saçlı adamlar hökümlü olur. Başqalarına əmr etməyi xoşlayırlar. Belə adamlar siyasətdə uğur qazanır. Çox vaxt var-dövlətə asanlıqla sahib ola bilirlər. Onlardan yaxşı rəhbər işçilər alınır.

Açıq qəhvəyi saçlar

Saçları bu rəngdə olanlar xeyirxah və sadiq adamlardır. Onlara etibar etmək olar. Belə adamlar daha çox başqalarının qeydinə qalırlar. Açıq qəhvəyi saçların sahibləri ailə həyatında xoşbəxtlik tapa bilirlər.

Qum və tünd qızılı rəngli saçlar

Belə adamlar sağlamlığının qaydasında olması ilə seçilirlər. Onlar təcrübələr etməyi sevir, yeniliklərlə maraqlanırlar. Musiqidən və rəssamlıqdan zövq alır, incəsənətə meyl edirlər.

Qızılı saçlar

Qızılı saçlı adamlar başqalarının diqqətini cəlb edir. Onlar cazibədarlığı və xeyirxahlığı ilə fərqlənirlər. Karyerada və şəxsi həyatda uğur qazanırlar.

Açıq sarı və açıq kül rəngi

Bu rəngdə təbii saçlara nadir hallarda rast gəlinir. Hesab olunur ki, onlar romantik, zərif, mehriban olurlar. Onlar sirli qalmağı bacarır və ətrafdakı insanların maraq obyektinə çevrilirlər.

Kürən saçlar

Onlar mərdliyi ilə xoşagəlməz hadisələrlə mübarizə aparmağı bacarır, çox enerjili və güclü olurlar. Lakin onların tez əsəbləşməsi, özündən çıxması xasiyyətlərinin mənfi cəhəti sayıla bilər.

Dəyişmək istəyərkən yaxşı düşünün! Həqiqətənmi bunu istəyirsiniz?

Vüsalə Ələkbərova

Baş redaktor

Leave a comment

Your email address will not be published.