Kliniki Ölüm Keçirən İnsanların Təəssüratları…

Veronika Barthel 1981-ci ildə ölümü daddığını, daha doğrusu cəhənnəmi gördüyünü iddia edir. 1981-ci ildə magistral yolun kənarında dincəlmək üçün maşını saxladıqdan bir neçə dəqiqə sonra onun maşınını ildırım vurub. Həmin anda keçirdiyi hissləri Barthel belə ifadə edir: “Qorxunc görünüşlü varlıqlar məni hansısa böyük otağa apardılar. Onlar qorxu filmlərində gördüyüm bütün varlıqlardan daha qorxunc idilər. Bu gün onların şeytan olduqlarını bilirəm. Onlar əsgər kimi addımlayıb yanımdan keçərkən aralarında ağrıdan çığıran insanların olduğunu gördüm. Nəfəs almaq çətin idi, çünki ətrafdan çox pis qoxu gəlirdi. Bir göl gördüm, qaynayan vulkanın ortasına oxşayırdı, içində insanlar əğrıdan çığırır, söyürdülər.” Bundan başqa Veronika insanların iblislər tərəfindən qorunan mağaralara atıldığını, həmin mağaralardakı insanlar çığırdıqca onların insanlara nizə atdığını görüb. Veronika həm də demək olar ki hər yerin ilanlarla dolu olduğunu, cəhənnəmdəki bu insanların ilanlar tərəfindən qorxudulduğunu xatırlayır.

Birdəfə ateist professor Hovard Storm təqaüdə çıxdıqdan sonra tələbələri ilə birlikdə Avropaya 3 həftəlik gəzintiyə çıxır. Gəzintinin son gününü Fransanın cənubundakı kəndlərin birində, otel otağında keçirməyə qərar verən professor qəflətən yıxılır və həyat yoldaşını köməyə çağırır. Xəstəxanada onun mədəsində deşik olduğunu, əgər əməliyyat olunmazsa tezliklər öləcəyini deyirlər. Lakin xəstəxanaya həkimin gec gəlib çatacağını yəqin edən, ölüm anının yaxınlaşdığını hiss edən Hovard yoldaşı ilə vidalaşmaq qərarına gəlir. Və o xatırlayır: Bir neçə dəqiqə sonra yataqda uzanan bədənimin yanında dayandığımı gördüm. Daha yüngülləşmişdim, mədəm ağrımırdı. Daha sonra naməlum səsin məni çağırdığını eşitdim, “Gəl, tələs, səni gözləyirik.” Yoldaşımı çağırdım, lakin cavab vermədi. Səsi izləmək qərarına gəldim. Yol uzun, qaranlıq idi. Bir müddət getdikdən sonra kimsə məni döyməyə başladı. Məni möhkəm döyür, alçaldırdılar. Uzun müddət məni beləcə döydülər. Yıxılmışdım. Həmin səs qulağıma pıçıldadı: “Tanrıya dua elə.” Tanrıya duaetməyə başladım. Sanki o an İsanı gördüm, gəlib məni xilas etdi. Yenidən həyata qayıtdım.” Bu hadisədən sonra Hovard xristianlığa dönüb, həmin anlar haqqında kitab yazıb və 200-ci ildə çap etdirib.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər