ALS Xəstəliyi Nədir??!

Azərbaycan və bütün dünyada ALS xəstəliyinə diqqət çəkmək üçün “Ice Bucket Challenge”, yəni, “Bir vedrə buzlu su” aksiyası get-gedə yayılır. Bu hərəkət insan sağlamlığına ciddi təhdiddir, hətta onu öldürə də bilər. Bəs görəsən ALS xəstəliyi nədir və səbəbləri nə ola bilər?

ALS xəstəliyi mərkəzi sinir sistemində motor hüceyrələrinin (neyronların) ömürlük itirilməsindən irəli gəlir. Bu hüceyrələrin itirilməsi əzələlərdə gücsüzlüyə və əriməyə səbəb olur.

Əzələlərdəki zəiflik əllərdə, ya ayaqlarda, ağız, ya dildə başlayıb bütün bədənə sürətlə yayıla bilər. Bu gücsüzlük danışma və udqunma əzələlərində də çətinlik yarada bilər. Daha çox 40-50 yaşlarında və kişilərdə rastlanır. Əsasən immuniteti zəif, gücsüz insanlarda daha çox rastl gəlinən bir xəstəlikdir. ALS xəstələrinin ortalama 3-5 il yaşadığı bildirilir

ALS xəstəliyindən əziyyət çəkən məşhurlar sırasında futbolçu Lou Gehrig, ingilis aktyoru David Niven, Leeds United, İngiltərə Federasiyasının menecerləri Don Revie və Dieter Dengier, gitaraçı Cason Beker, Amerikanın caz musiqi ifaçısı Çarles Minqus, riyaziyyatçı Fokko Du Cloux, fizik Stefen Haukinq, Çinli lider Mau Zedonq, türk futbolçusu Sedat Balkanlı, Jakob Javits yer alır.

ALS əlamətləri nələrdir?

İlk əlamətlər olaraq əzələlərdə səyrimə, titrəmə, zəiflik nəticəsində əl və ayaqların təsir görməsidir. Bu əlamətlərin zamanla artması nəticəsində ALS ortaya çıxır. ALS zamanı bədənin hansı əzələsi daha çox təsir görürsə, o qism ilk olaraq zərər görür. Xəstələrin 75 faizində ilk əlamətlər qol və ayaq əzələlərində görülüb. Əlamətlər əllərdə rastlandıqda yazı yazmaqda, bir şeyi tutmaqda, açarla qapını açmaqda çətinlik çəkərlər. Ayaqlarda başlarsa, yeriyərkən səndələmələr ortaya çıxır. Bu xəstələrin bəzilərində itqdə çətinliyi olur. Xəstələrin danışıqları heç cür anlaşılmır. Çiynəmə pozğunluğu və dilin hərəkətinin zəifləməsi də əlamətlər sırasında yer alır. Nəfəs tıxanması yaşana bilər və irəlilədikcə danışıq tamamilə itə bilər.

ALS necə müalicə edilə bilər?

Hələ tam uyğun bir müalicə tətbiq edilməyib. Həkimlər təsdiqini tapmış ‟Riluzole‟ adlı dərmandan istifadə edirlər. Bu dərmanın neyron hüceyrələrindəki fəsadları azaltdığı və xəstələrin ömrünü bir qədər uzatdığı düşünülür. Digər müalicə üsulu isə xəstələrin yaxşı həyat yaşamasına imkan yaratmaqdır.

(ailem.az)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər