PİŞİKDƏN KİM QORXUR??! (Ailurofobiya )

Adətən pişikdən qorxan adamlara “Bu balaca, şirin pişikdən qorxursan?”, “Gəl, əlini vur, heç nə olmayacaq”, “Sən, indi bu boyda adam pişikdən çəkinirsən?” kimi ifadələr deyirlər.

Pişikdən qorxduğunu etiraf etmək heç də asan deyil. Belə ki, ətrafdakılar pişikdən qorxan şəxsi ya gülüş obyektinə çevirir, ya da asanlıqla qınayaraq heyvanları sevməyən bir adam kimi qiymətləndirirlər.Təbii ki, pişikdən qorxanların bu cür davranışı nə heyvanları sevməmək, nə də ki, artistizm demək deyil. Elmdə bu ailurofobiya adlanır. Ailurofobiya adlanan pişik qorxusu üzərində işlənməli psixoloji bir haldır. Əks halda zamanlaşəxsin emosional sferasında pozğunluqlar müşahidə olunur. Pişiyi görərkən ürək döyüntüləri, nəfəsin tez-tez və ya qısa alınması, ürək bulanma və s. kimi baş verən reaksiyalalar zaman keçdikcə dərinləşir. Hər bir qorxunun səbəbi olduğu kimi bu qorxunun da bir kökü var. Burda bir neçə faktorlar nəzərə alınmalıdır.

Çox vaxt pişikdən qorxan adam görərkən ilk növbədə nə vaxtsa pişikdən qorxduğunu, pişiyin onun üstünə atıldığını və ya cırmaqladığını düşünürlər. Əslində bu tip hadisələr tez-tez müşahidə olunsa da, bunun həmişə belə olduğunu deyə bilmərik. Əsasən zoofobiyası olan insanların keçmişini araşdırdıqda görürük ki, bu hallar valideynlərin ən azı birində müşahidə olunur. Ata və ya ananın hansısa heyvandan qorxması zamanla uşaq tərəfindən öz üzərinə köçürülür.

Bəs, belə bir sual sizi düşündürə bilər, niyə məhz pişik? Bu arxaiq olaraq keçmişdə həmişə dişli, tüklü və quyruqlu heyvanların məməliləri öldürməsi mifi iləbağlıdır. Pələng, şir, canavar, tülkü və s. bunlara misal göstərə bilərik. Bu fikrin şüuraltında kodlaşması zamanla ən yaxınımızda olan heyvana köçürülməsinə gətirib çıxarır. İlandan qorxan insan o qədər cəmiyyətdə aşkar olunmur, amma hər tərəfdə olan bu ev heyvanlarından qorxan insan getdiyi restoranda, oteldə, həyətdə və s. göstərdiyi emosional reaksiya ilə diqqət çəkir.

Həyatının müəyyən dövründən sonra pişikdən qorxma halları isə cinsi həyatda olan problemləri göstərir. Uşaqlarda isə bu öz cinsiyyətini dərk etməklə bağlı məlumatın azlığını və ya yanaşma ilə problemin olduğunu əks etdirir.

Pişik qorxusunu aradan qaldırmaq üçün psixoloqdan yardım almaq vacibdir. Korreksiya zamanı pasientə birinci növbədə bu qorxunun pişiklə əlaqəli deyil, bunun arxasında simvollaşdırılmış hansı fikrin olduğunu izah etmək, pişiyə qarşı neqativ hissləri pozitivlə əvəzləmək lazımdır. Bu uzun müddət tələb edən mərhələli bir prosesdir.

Sonda isə onu vurğulamaq istəyirəm ki, bütün qorxular öz normasında bizə həyat fəaliyyətimizi davam etdirmək üçün faydalıdır. Ancaq bu artıq
sizə ziyan verməyə başlayırsa, buna dırnaq arası baxmamalısınız. Bu səfər “pişik təhlükəsini” keçərək bir də nə vaxt pişiklə rastlaşacağınız günü gözləməməlisiniz!

Narınc Rüstəmova

“Narınc Uşaq Psixologiya Mərkəzi”nin rəhbəri, Psixoloq

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər