Təhqirə Qarşı AntiTəhqir!!!!

Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq ər kişinin işidir….
Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün “cavab” verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbr etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq? Əlbəttə ki, qanqaraçılıq və təhqir edənin səviyyəsinə endiyimiz üçün yaranan ruh düşkünlüyü.

Təhqir edən bunu niyə edir?

  1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə sizi alçaldıb özünü yüksəltməyi nəzərdə tutub. Bu yolla təhqir edən özünü təsdiqləmiş olur.
  2. Sizə bu yolla bir şəkildə zərər vermək istəyir, öz qıcığını təhqirlə ifadə edir.
  3. Təhqir vasitəsilə sizdən üstün olduğunu isbatlamağa çalışır.

Həyatımızda çoxumuz təsadüfi və ya qəsdən edilmiş təhqirlərə məruz qala bilirik. Kimsə təhqir edilməkdən sığortalanmamışdır. Bu elə bir hissdir ki, əvvəlcə əsəb və aqressiya, ardından depressiya, unudulmayan, düzəldilməsi illər sürən bir acı verə bilir. Keçən yüzillərdə hesab edilirdi ki, təhqiri qanla yumaq olar, ya özünün, ya da düşməninin qanı ilə. Təhqir olunmuş birisi ilə evdə danışmırdılar, əgər rütbəli idisə, təhqirə qarşı özünü müdafiə etməyib, heç bir tədbir görməyibsə, dərhal istefa verməli idi. Buna misal olaraq, zabit Martınovun rus şairi Mixail Yuryeviç Lermontovu dueldə öldürməsini göstərmək olar. Lermontov zabit Martınovu zarafata salaraq, xüsusən xanımlar arasında (“мартышкa”) meymun deyə adlandırırdı. Bu halda Martınovun iki çıxış yolu vardı. Ya rütbəsindən əl çəkib, arxasına baxmadan hər şeydən imtina edib çıxıb getməli, ömür boyu bu alçalmanı qəbul etməli, ya da həyatını riskə ataraq Lermontovu duelə çağırmalı idi.

Belə hallar müasir zəmanəmizdə də var. Heç uzağa getməyək, öz ölkəmizdə milli mentalitet dəyərləri çərçivəsində bu cür təhqirlər ucbatından baş verən cinayət hadisələri azdırmı? Neçə- neçə başı alovlanmış gənclərin və ya spirtli içki, narkotik maddələr təsiri altında olan insanların həyatına təhqirə qarşı özünümüdafiə “cavabı” son qoyub.

Bəs belə hallarda təhqirə qarşı necə reaksiya verməliyik? Bu cür psixoloji sarsıntılara qarşı nələr edilməsi lazımlıdır? Bu suallar sizi düşündürürsə, məqalənin ardında cavab tapacaqsınız. Təhqir olunmağa qarşı susmaq doğrudurmu? Hətta qanuni olaraq şəxsiyyətin təhqir olunması müdafiə edilirsə, təhqir qarşısında müdriklərin bizə tövsiyyə etdikləri kimi “cavab verməmək”, “susub getmək”, “düşmənin səviyyəsinə enməmək”, “bağışlamaq” bu kimi “düzgün” davranmaq, həqiqətən də düzgündürmü? Bu gün təhqir etdilər, sabah zərbə endirdilər, ta o birisi gün öldürdülər və s.Əgər insan təhqiri “udmaq”məcburiyyətində qalırsa, bu onda adrenalin effekti yaradaraq, təzyiqin qalxmasına səbəb olur, ürək-damar sisteminə təsir edir və sonra da orqanizmdə digər kimyəvi reaksiyaların getməsinə gətirib çıxarır. Bunu hətta psixofizioloqlar da təsdiq ediblər. Misal olaraq, yəhudi əsilli rus sovet şairi və yazıçısı Boris Leonidoviç Pasternak (“Doktor Jivaqo”nun müəllifi) qəzetlərin onu “хain”, “bədхah”, “obıvatel”, “İuda”, “böhtançı”, “düşmən əlaltısı” adlandırması səbəbindən əvvəlcə infarkt keçirib, daha sonra ağciyər xərçənginə tutulub. Eləcə də bu kimi xəstəliyə gətirib çıxaran psixoloji zədə alan nə qədər insan var.

Elə isə nə etməli? Belə təqdirdə ən yaxşı yol, təhqir eşitdiyiniz zaman müəyyən distansiyalari qoruyaraq, öz səviyyənizə,öz statusunuza uyğun olaraq təhqirə qarsi “antitəhqir” etməkdir… Öz mənliyinizi və şəxsiyyətinizi hər zaman qoruyun ,hər şəraitdə və istənilən insan qarşısında.

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər