RASİM USTA

79 yaşım var, 64 ildir ki bu sənətdəyəm və hələ də eynəkdən istifadə etməmişəm. Sənətim haqqında bir söz deyə bilərəm. Mən əslində yaxşı rəssam olmuşam. Məsələn indi mənə deyən olsa ki istənilən şəkli tik, baxıb tikərəm. Rəssamlığı bildiyim üçün,tikişi özüm öyrənmişəm. Rusca bilməsəm də amma mənim bu sənəti öyrənməyim “sbornıdı” yani “yığmadı”, hərənin əlindən bir şey oğramışam .Bunu ustaların özləri də deyirdilər: “sənətkarın, şagirdin gözü oğru olmalıdır”. Çünki usta barmaqlarını kəsib şagirdinə vermir. Bizim Bəxtiyar Vahabzadənin bu haqda sözü var: ”Şagird ustadından 3-4 mərtəbə irəli getməsə,deməli o şagird deyil”. Bir dənə məqsədim olub, bütün biçim ustalarını üstələyim, məqsədimə də çatmışam.

Mənə İrəvandan,Tiflisdən,Bakıdan,Rostovdan,Volqoqraddan,hətta Daşkənddən gəlib iş gördürürdülər. 1983-cü ildə bir özbəkə kostyum tikdim ,çox xoşuna gəldi. Yaxamnan yapışdı ki, səni Daşkəndə aparacam. Dedi gəl mən sənə ev verəcəm ,maşın verəcəm, əla yaşayarsan. Dedim a kişi, birincisi mən rusca bilmirəm, ikincisi ailəm burdadı, uşaqlarım hələ kiçikdir, həm də burda da vəziyyətim pis deyil. Ölkəmdə qalıb, ölkəm üçün çalışaram!

Mənim indiki gəncliyə yazığım gəlir.Ona görə ki bilinmir onların gələcəyi nə olacaq. İndi sərbəstlik var,amma cavanlara yaşayış yoxdu.Mən özüm tək işləyirdim,10 baş ailəyə baxmışam,bir dənə bu sənətnən.İndi baxa bilərsən sən?

Rasim usta ©

facebook.com/humansofazerbaijan

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər