“İnsanlar kitabdan qaçır, mən isə əlimdə iki torba kitabla insanlara doğru qaçıram”….. İnanırsınız, bu kitablardan mənə bəlkə heç 20 qəpik belə qalmır. Bəzi insanlardan elə reaksiya görürəm ki, sadəcə ağzım açıq qalır və bu, mənə çox pis təsir edir. Hətta elə vaxtlar olub ki, imkanı olmayan birilərinə kitabları hədiyyə eləmişəm, qoy mənim haqqımdan bu pulu çıxsınlar. Bir maraqlı hadisə də danışım, deməli, keçən dəfə İqtisad Universitetinin yaxınlığında əlimdə kitablarla dayanmışdım, tələbələrə bəlkə maraqlı olar və almaq istəyən olar deyə. Bir polis mənə yaxınlaşıb bildirdi ki, götür bu kartof, soğanını və get burdan. Bildirdim ki, bu kartof, soğan deyil, kitablardır, burda dayanmışam və tələbələrə kitab satıram. O isə mənə dedi ki, indiki tələbələrə kitab lazım deyil. ©

Qurban Məmmədov

facebook.com/humansofazerbaijan

Leave a comment

Your email address will not be published.