HƏR DƏFƏ PENSİYAMI ALANDA….Mənə çox doğmadılar: sanki mən uşaq baxçasında müəllim, onlar isə mənim uşaqlarım. Və göyərçinlər dən yeyəndə onları qoruyuram ki, kimsə quşların üstünə qaçıb onları uçurtmasın. Hərdən mənə sual verirlər ki, bəs ,ay nənə, çörək pulunu necə çatdırırsan? Mənim bir cavabım olur: “Hər bir insan 40-50 köpük xərcləməklə nə varlı, nə də ki, kasıb olur”. Məni yaşadan bu quşlardır…. ©
facebook.com/humansofazerbaijan