Ərzaqlar (4-6 nəfərlik) :
0,5 stəkan (75gr) fındıq
6 yemək qaşığı (75gr) toz şəkər
2 stəkan süd
1 çay qaşığı vanil
4 yumurta sarısı
Hazırlanması:
- Fındıqları sobada qovurun.
- Sonra sobadan çıxardıb soyumağa buraxın.
- Təmiz bir mətbəx dəsmalının arasına qoyub, dəsmalı sürtərək fındıqların qabıqlarını çıxardın.
- 2 yemək qaşığı şəkərlə birlikdə çox incə olaraq ət maşınında çəkin.
Dondurma qarışığını hazırlamaq üçün: - Südü və vanili kiçik bir qazanda isdilədin.
- Südün üzərində qabarcıqlar meydana gəlincə, oddan alın.
- Bir tel çırpıcı və ya da mikserlə yumurta sarılarını çalın.
- Qalan şəkəridə az-az əlavə edərək, qarışıq mat sarı rənginə dönənə qədər( təxminən 10-15 dəq) çalmağa davam edin.
- Qarışdırmağa davam edərək, südü süzgəcdən keçirdikdən sonra çox yavaş bir şəkildə əlavə edin.
- Qarışığı, içində su olan qazanın üzərinə oturdulmuş bir kasanın içinə qoyun.
- Döyülmüş fındıqları əlavə edib vam odda qarışdırın.
- Kasanın altındakı su qaynadığında, krem də konsistensiyasını tapıb qarışdırdığınız qaşığın arxasına yapışdığında (təxminən 20-25 dəq) oddan götürüb soyumağa qoyun.
- Dondurma qablarına töküb buzluqda gözlədin.
- Buzluğa qoyduqdan sonra təxminən 3 dəfə saat başı çəngəllə və ya mikserlə hamar olana qədər çırpın və səhəri gün nuş canla yeyin.
Nuş Olsun!