Susuzluğu Yatırmaq Üçün Nə Etməli??!

Almaniya Qida Cəmiyyəti (AQC) isti havalarda daha çox maye qəbul etməyi məsləhət görür.

Dushunce.az -ın Anspress -e istinadən, məlumatına görə, orqanizmin normal funksiyasını təmin etmək üçün tərləmə zamanı itirilən maye mütləq kompensasiya olunmalıdır.

Alman Olimpiya İdman Konfederasiyasının gəldiyi qənaətə görə, optimal idman içkisi alma şirəsi hesab olunur. Üçdə bir hissəsi şirədən və üçdə iki hissəsi natriumla zəngin mineral su qarışığından ibarət olan bu ənənəvi içki orqanizmi lazımı şəkər, duz və minerallar vasitəsilə kifayət qədər enerji ilə təmin edir. Uzunmüddətli idmanla məşğul olanlara alma şirəsini bir neçə kiçik qurtumla içmək məsləhət görülür. Mədə mayeyə tez alışsın deyə, onu hər 15 dəqiqədən bir qəbul etmək lazımdır.

Su isə hər zaman içilə bilər. Lakin su həddən çox içildiyi halda karbonat turşusundan ehtiyatlanmaq lazımdı: bu, mədədə qıcıqlanmaya və uzanmaya səbəb ola bilər.

İki saatdan artıq intensiv idmanla məşğul olan insanlar bilməlidirlər ki, bu zaman xeyli natrium itirirlər. Orqanizmdə natriumun azlığı isə qanın qatılaşmasına gətirib çıxara bilər. Bu fenomen idmançılarda xüsusilə isti havada marafon qaçışları zamanı özünü göstərir. Natrium itkisinin su ilə kompensasiyası müstəsna hal kimi qəbul olunur.

İdmançılara susuzluğu yatırmaq üçün digər meyvə şirələri, limonad, enerjili içkilər, səmənidən hazırlanmış pivə, kola, soyuq çay və bütün hipertonik içkilərdən istifadə etmək məsləhət görülmür. Çünki həmin içkilərin həll olunan hissəciklərində qatılıq qan plazmasından daha yüksəkdir. Bu halda bədən ilk növbədə tarazlığı bərpa etməyə çalışır, qanın su ilə təminatı azalır və orqanizm mayeni durulaşdırmaq məcburiyyətində qalır. Buna görə də hipertonik içkilər daha çox susuzluq yaradır. Digər tərəfdən, yüksək kaloriyə malik olan həmin içkilərin tərkibində şəkərin miqdarı da çox yuxarıdır.

Məşqdən, yaxud yarışdan sonra bir parç alkoqolsuz pivə içmək olar. Bu, bir qayda olaraq orqanizmdə su və mineral itkisini tənzimləyir.

Kofein tərkibli qəhvə, qara çay və kola da idman içkiləri kimi tövsiyə olunmur. Bu növ içkilər diqqət və reaksiyanı gücləndirmək, əzələ yorğunluğunu aradan qaldırmaq xassəsinə malik olsa da, əsəbilik, əzələ titrəməsi, baş ağrısı, baş gicəllənməsi və ishal kimi mənfi təsirlərə də malikdir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər