Qadın orqanizmi kişilərdən tamamilə fərqlənir. Müəyyən yaşdan sonra bütün qadınların bədənində dəyişikliklər baş verir. Bütün qadınların üzləşməli olduqları bir proses var ki, ondan qorxmayan, həmin dövrün gəlib çatmasından narahat olmayan xanım yoxdur. Qadınları qorxuya salan dövr klimaks və ya menopauza adlanır.
Klimaks qadın orqanizmində gedən fizioloji prosesdir. Bu, yumurtalıqların və qalxanabənzər vəzin fəaliyyətini müəyyən edən hormonların istehsalının pozulmasıdır ki, nəticədə menstruasiya tamamilə kəsilir.
Menopauzanın əsas səbəbi qadınlıq hormonu olan estrogen və progesteronun azalmasıdır. 40 yaşından sonra qadının yumurtalığında bu hormonların istehsalı azalır. Nəticədə menopauza prosesi başlayır. Menopauza başlayandan 3-5 il sonra qadınlarda sümük əsriməsi başlaya bilər. Bu isə sümüklərin sınmasına səbəb ola bilər, bədənin görüntüsü də dəyişə bilər. Estrogen hormonunun azalması qadının ürək-damar xəstəliklərinə yaxalanmaq riskini artırır.
Klimaks qadınlarda 45-50 yaşda başlayır. Ancaq erkən menopauza (40 yaşadək) və gecikmiş menopauzaya (55-56 yaşdan sonra) da rast gəlinir. Klimaks bütün qadınların həyatında olan normal prosesdir və xəstəlik deyil. Ancaq erkən və gecikmiş klimaks müalicə olunur.
Menopauzanın əlamətləri:
qadın cinsi hormonlarının sintezi azalır
menstrual tsikl pozulur (intensivlik dəyişir, ifrazatın miqdarı azalır və s.)
uşaqlıq yolunun selikli qişasında dəyişikliklər baş verir: nazikləşir və ya elastikliyini itirir
Menopauzanın ilk əlamətləri ilə birgə qadınlar çox vaxt klimakterik sindromla üzləşməli olurlar. Klimakterik sindrom özünü aşağıdaki əlamətlərlə göstərir:
- sifət və boyunda qırmızılıq
- baş ağrıları
- tez-tez tərləmək
- ürək döyünmə
- təzyiqdə dəyişikliklər
- tez yorulma
- cinsi həvəsin azalması
- yuxusuzluq
Bu dövrdə qadınların bəziləri tez-tez sidiyə getməkdən və ya sidiyi saxlaya bilməməkdən şikayət edirlər.
Menopauza dövründə qadınlar özlərinə qarşı diqqətli olmalıdırlar. Çünki orqanizmdə gedən dəyişikliklər ciddi xəstəliklərə səbəb ola bilər. Bu xəstəliklərə miokard infarktı, insult, hipertoniya, osteoporoz, aterosklerozu misal göstərmək olar.
Bəs erkən və gecikmiş klimaks nədir?
Gecikmiş klimaks:
Bu erkən klimaks qədər təhlükəli deyil. Sadəcə ağrılarla müşahidə olunduğu üçün qadını narahat edir. 3 aylıq müalicə ilə normal klimaks prosesinə çevrilir.
Erkən klimaks:
Bəzi qadınlar 30 və hətta daha erkən yaşlarda menopauza yaşamağa başlayırlar.
Bu insan ömrünü 10 il azaldır və çox təhlükəlidir. Onu da qeyd etmək lazımdır ki, erkən klimaks daha çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur. Siqaret çəkən qadınlar klimaks dövrünü ən az 3 il erkən yaşamalı olurlar. Buna səbəb siqaret və spirtli içkilərin təsirindən yumurtalıqları kiçilməsidir.
Həkimlər qeyd edirlər ki, vegeterianlarda da klimaks dövrü erkən başlayır və bu proses çox ağır keçir.
Yuxarıda da qeyd etdiyimiz kimi, klimakterik sindrom yaşayan qadınlar mütləq həkimə müraciət etməli və müalicə almalıdırlar. Çünki klimatrik sindrom bəzən dözülməz ağrılara və digər problemlərə səbəb ola bilir.
Müalicə qadının şikayətləri, müayinə nəticələri nəzərə alınaraq təyin olunmalıdır.
Müalicədən öncə qadınlar ginekoloq müayinəsindən, həmçinin reproduktiv orqanların USM, mammoqrafiya, qan analizləri, sümüklərin rentgeni kimi müayinələrdən keçirlər.
Həkimlər klimakterik sindromun ən müasir müalicə üsulunun qadın orqanizmində çatışmayan hormonların təmin edilməsi olduğunu deyirlər. Hormonal terapiya yalnız xoşagəlməz simptomları aradan qaldırmır, həmçinin ağır xəstəliklərin yaranmasından da qoruyur.
Estrogen hormonu ilə edilən müalicə ağızdan qəbul edilən və ya dəriyə yapışdırılan dərmanlarla həyata keçirilir.
Dəriyə yapışdırılan dərmanlar 3 gündə bir və ya həftədə bir dəfə dəyişdirilir. Buna həkim qərar verir.
Bu müalicə yaddaş itkisinin və bağırsaq xərçəngi xəstəliyinin qarşısını alır.
Menopauza zamanı müşahidə olunan cinsi əlaqə zamanı ağrının olması, yanma və qaşıntı hissi kimi problemlər bu müalicə ilə 1 ildə aradan qaldırılır.
Klimakterik dövrdə düzgün qidalanma çox önəmli rol oynayır.
Tərkibində kalsium olan tərəvəzlər qida rasionunda əsas yeri tutmalıdır.
Qan artıran – nar, albalı kimi meyvələrdən uzaq durmaq lazımdır.
İsti çay və qəhvə içməkdən, Günəş altında gəzməkdən uzaq durmaq mühüm əhəmiyyət kəsb edir.
Klimakterik dövr bütün qadınların üzləşməli olduqları problemdir. Qadınların ən böyük kabusuna çevrilən bu sindrom nəticəsində onların 15 faizi dünyasını dəyişir.
Ölümlərə səbəb bu dövrdə yaranan xəstəliklər olur. Ekspertlər bildirirlər ki, klimakterik dövrdə qadınların 30 faizi sümük əriməsindən, 12 faizi depressiyadan, 20 faizi isə anemiyadan əziyyət çəkirlər.
Bu dövrü daha rahat keçirmək üçün 9 məsləhət:
Qadınların menopauza dövrünü daha rahat keçirməsi üçün qadın xəstəlikləri uzman həkim Aytun Aktanın 9 tövsiyəsi var. Bu məsləhətlər klimaks dövrünü maksimum ağrısız, xəstəliklərə yaxalanmadan keçirməyə kömək edəcək:
1.Müalicəyə başlamadan əvvəl həyat tərzi və qidalanma forması həkim ilə birgə yenidən müəyyən edilməlidir.
2.Siqareti tərgitmək lazımdır.Bu xərçəng və digər təhlükəli xəstəliklərə yaxalanma riskini azaldacaq.
- Hər gün mütləq idman etmək lazımdır. Bunu üçün idman salonunda qeydiyyatdan keçmək daha yaxşı qərar ola bilər. Beləliklə idmanla məşğul olmaq üçün məsuliyyət hiss edəcəksiniz.İdman sümük əriməsinin qarşısını almaqda ən təsirli vasitələrdən biridir.
- Yağlı və şəkərli qidalardan uzaq durmaq lazımdır. Qida rasionunda meyvə və tərəvəz üstünlük təşkil etməlidir.
- Menopauza zamanı sindromun aradan qaldırılması üçün tətbiq edilən müalicənin döş xərçənginə səbəb olduğu iddia olunur. Bu tibb dünyasında ən çox müzakirə olunan məsələlərdən biridir. Ona görə də müalicə hər xəstəyə uyğun aparılmalıdır. Həkim seçərkən diqqətli olmaq lazımdır.
- Spirtli içki, artıq çəki və hərəkətsizlik qadınların sağlamlığına mənfi təsir edir. Ona görə də bunlardan uzaq durmaq lazımdır.
7.Menopauza dövründə qadınların günlük kalsium ehtiyacı artır. Ona görə də qidadan əlavə həkimin də məsləhəti ilə kalsium və D vitamini qəbul etmək lazımdır. Qadın gün ərzində minimum 1500–1700 mq kalsium qəbul etməlidir.
8.Ədviyyalı yeməklər, isti içkilərdən uzaq olun. Çünki bunlar istilənməni və tərləməni artıra bilər.
9.Menopauzadan sonra da hər il mamoqrafi və ginekoloji müayinələr aparılmalıdır. (joy.az)