“Natiqlik Məktəbi”

Əhmədova Şəfəq ( YAP Gənclər Birliyi baş ofisində kordinator)

  • Bundan öncə də biz Elnur müəllimi bir sıra təlimlərə dəvət etmişdik. Və çox maraqlı diskusiyalar alınmışdı. Mən çox sevindim ki bu dəfə də layihə uğurla həyata keçirildi. Həqiqətən də çox maraqlı idi,inanıram ki gənclərə üçün də maarifləndirici oldu. Çünki bədən dili psixologiyada həqiqətən çox maraqlı bir sahə olmasına baxmayaraq yetərli tətbiq olunmamışdır. Bu məlumatları gənclərə ötürmək çox böyük əhəmiyyət kəsb edir. Təlimdən çox razı qaldıq və yeni məlumatlar da əldə etdik.

Cəbiyeva Səbinə (BDU, kitabxanaçılıq,III kurs)

  • Bu təlim mənə çox şey öyrətdi . Tək özümüzün yox, eyni zamanda qarşı tərəfində bizə necə davranması lazım gəldiyini öyrəndim.

Və təlimdən çox böyük zövq aldım. Təşkilatçılara və Elnur müəllimə dərin təşəkkürümü bildirirəm.

Bu dəfə psixoloji seminarlar rublikamızda bu gün,yəni 12.08.2014 tarixində baş tutmuş daha bir lahiyədən bəhs edəcəyik. Layihə AZƏRBAYCAN GƏNCLƏR FONDU və Yeni Azərbaycan Partiyası GƏNCLƏR BİRLİYİ-nin dəstəyi ilə həyata keçirildi. Yeni Azərbaycan Partiyası GƏNCLƏR BİRLİYİ-nin baş ofisində həyata keçmiş “Natiqlik Məktəbi” adlı bu təlimdə, təlimçi qismində Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri,Psixoloq Elnur Rüstəmov dəvət edilmişdi. Təlimdə 40 yaxın gənc iştirak edirdi. Təlim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov və YAP Yasamal rayonu Gənclər Birliyinin sədr müavini, layihə rəhbəri Elməddin Əmirovun açılış nitqi ilə başladı. Daha sonra söz təlimçi – psixoloq Elnur Rüstəmova verildi. Elnur Rüstəmov yaxşı bir natiq olmaq üçün jestika, bədən dili, məqsədyönlü çıxış necə olmalıdır,auditoriyanı necə ələ almaq və öz maraqlarını onlara necə aşılamaq olar mövzularıni ələ aldı və bu barədə gənclərimizə dəyərli tövsiyyələr verdi. Eyni zamanda çıxış zamanı, xüsusilə də siyasi sferada diqqət etmək lazım olan ən incə nüanslara toxundu. Siyasi liderlərin, bizə sadə və sırdanamış kimi görünən hərəkət və davranışlarının əslində necə böyük və önəmli mesaj daşıdığını, uğurlu siyası liderin əsas müvəffəqiyyətinin düzgün istifadə edilmiş bədən dili, jest və mimikaları ilə öz auditoriyasının şüuraltısına göstərdiyi təsir olduğunu vurğuladı. Təlim gənclərimizin də iştirakı ,diskusiyası ilə dinamik bir abu-havada keçdi. Təlim zamanı istifadə edilən real video lentlər,siyasi görüşlər zamanı bədən dilinin ünsiyyət zamanı necə böyük bir rol oynadığını əyani olaraq göstərmiş oldu. Eyni zamanda Psixoloq Elnur Rüstəmovun gənclərin bilavasitə özləri ilə keçirdiyi praktik məşğələlər də maraqla qarşılandı. Sonda Elnur Rüstəmov iştirakçıların suallarını cavablandırdı və xatirə şəkli çəkildi.

Sonda təşkilatçı və iştirakçılar ilə apardığımız qısa bir müsahibəni sizlərə təqdim edirik:

Elməddin Əmirov (YAP Yasamal rayonu Gənclər Birliyinin sədr müavini, layihə rəhbəri)

  • Layihəni təşkil etməkdə məqsədiniz nə idi?
  • Təlimin əsas məqsədi ondan ibarət idi ki, siyasətlə məşğul olan gənc siyasətçilər gələcək fəaliyyətlərində natiqlikdən, bədən dilindən daha düzgün və səmərəli şəkildə istifadə etsinlər və uğur qazansınlar. Ümumilikdə isə bugünkü təlimimiz çox maraqlı oldu, təlim boyunca gənclər video lentlər, slaydlar izlədilər və bədən dilinin nə qədər önəmli rol oynadığını əyani şəkildə bir daha görmüş oldular. Eyni zamanda Elnur müəllim gənclərin özləri ilə birlikdə təcrübə aparmaqla onları bir daha doğru istiqamətə sövq etmiş oldu.

Fidan Məmmədova ( Bakı Musiqi Akademiyası, III kurs)

  • Bugün adından da bildiyimiz kimi təlim natiqlik elmindən bəhs edirdi. Bu təlim mənə çox gözəl təsir elədi və doğurdan da çox böyük dərslər aldım,dünyaya baxışım qismən dəyişdi desək yanılmarıq. Indi ətrafımdakıları daha yaxşı anlaya bilirəm və özümü onlara daha yaxşı anlada bilirəm. Bu məndə özümü ətrafa təqdim etmədə bir sıra nüanslara diqqət etməli olduğumu xatırlatdı. Psixoloqumuz çox sərbəst,səmimi və anlaşıqlı dildə hər şeyi bizə başa saldı. Məncə təlimin elə ən əsas prinsipi də budur,təlim hər kəs tərəfindən yaxşı mənimsənilsin.

Ramiz Əliyev ( Qaradağ rayonu YAP fəal üzvü)

  • Təlim mənim çox xoşuma gəldi.Əslində bu davamlı olmalı,biz gənclər üçün bu şərait mütəmadi olaraq yaradılmalıdır. Yaxşı natiq olmaq hər kəsə nəsib olan bir xüsusiyyət deyil. Bunun üçün ilk növbədə yaxşı söz ehtiyatın olmalıdır ki, sən hər bir mövzuda fikir yürüdə və fikrini çatdıra biləsən. Eyni zamanda Elnur müəllimin də qeyd etiyi kimi, bədən dili, jest və mimikalar da bu prosesdə çox mühüm rol oynayır. Təlim çox yüksək səviyyədə keçdi,çox razı qaldım. Sözün həqiqi mənasında bu təlim çox lazımlı bir mövzuda idi. Çünki elə gənclərimiz varki,savadlı olmalarına baxmayaraq,elə də yaxşı niqt qabiliyyəti , danışma bacarığı yoxdur və jestlərdən düzgün istifadə edə bilmir. Psixoloq Elnur Rüstəmov təlimi çox yüksək səviyyədə təqdim etdi və gəncləri maarifləndirdi.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər