Tərkibi:
Çörək
Toyuq döş əti
Soğan
Sarımsaq
Mayonez
Ketçap
Sarı pendir
Duru yağ
Hazırlanma qaydası:
Toyuğun döş ətini kvadrat şəkilli doğrayın. Yağda dağ olunmuş soğanla qarışdırın. Üzərinə ketçap, sarımsaq vurun. Ocağın üstündən götürdükdən sonra 1 qaşıq mayonez əlavə edin. Çörəyi yastı halda iki yerə bölün. Ketçap, duru yağ və mayonezdən souz hazırlayın. İkiyə bölünmüş çörəyin alt hissəsinin içinə çəkin. Toyuq döşündən hazırladığınız içliyi sousun üstünə əlavə edib, yayın. Pendiri üzərinə rəndələyin və əvvəlcədən qızdırılmış sobaya yerləşdirin. Ev şəraitində pizzanız hazırdır. Nuş olsun!