“Uşaq və Yaş Psixologiyası” mövuzunda seminar keçirildi!

Aydan İbrahimova (Xəzər uni.Psixologiya Fak.,21 y.):

  • Seminar müsbət təsir elədi. Ilk öncə gələcəyin bir anası kimi lazımlı və gərəkli informasiyaları,uşaqların sirli dünyasına daxil olmağı öyrəndik. Uşaqların necə qayğıya möhtac,məsum varlıqlar olduğunu daha yaxşı və psixoloji aspektdən aydınlaşdıra bildik. Əhəmiyyət vermədiyimiz kiçik bir nüansın belə gələcəkdə uşaqda necə böyük bir problem olaraq qarşımıza çıxacağını gördük. Ən əsas öyrəndiyimiz,uşağa bir şəxsiyyət kimi yanaşmaq lazım gəldiyidir. Ümumilikdə seminar maraqlı və aktiv keçdi.

Fəridə Əsədova (Xəzər uni.Psixologiya Fak.,21 y):

  • “Uşaq və Yaş Psixologiyası” adlı 2 günlük treninqi bu gün başa vurduq. 2 gün olmasına baxmayaraq həqiqətən çox mövzuları ətraflı şəkildə dərk edərək öyrəndik. Beynimizdə bir çox sualların cavabını tapdıq. Belə maraqlı seminar keçirdiyi üçün Narınc xanıma sonsuz təşəkkürümüzü bildiririk.

Aysel Məmmədzadə (Xəzər uni.Psixologiya Fak.,21 y.):

  • “Uşaq və Yaş Psixologiyası” mövzusunda 2 günlük seminar mənə çox şey öyrətdi. Bütün problemlərin kökündə uşaqlıq dövründə alınan travmalar,yaşanan istənməyən hadisələr dayandığı üçün uşaq psixologiyasını bilmək vacibdir zənnimcə. Bu seminarda hamiləlik dövründən yeniyetməlik dövrü də daxil olmaqla bütün bölmələrə toxunuldu. Bu dövrlərdə uşaqlarla necə davranmaq, nələrə diqqət yetirmək,problemlərdən çıxış yolunu necə tapmaq lazımdır yönündə fikirlər söylənildi. Seminar yeni və əhəmiyyətli məlumatlar almağıma yardımçı oldu. Narınc xanıma və seminarın təşkilatçılarına təşəkkürümü bildirirəm.

Fəridə Qasımova ( AMEA-nın doktorantı, 24 y.):

  • Ailə sferasına əhəmiyyətli dərəcədə təsir edən ən vacib faktorlardan biri uşaqdır. Çünki uşaq ailədaxili münasibətlərdə bir növ tənzimləyici rolunu oynayır. Ona görə də bu Seminar çox diqqətimi çəkdi və gəlməyə qərar verdim. Iki günümü məhz bu cür dəyərləndirdiyimi üçün çox şadam. Bütün mövzular Narınc xanım tərəfindən uşaq psixologiyasının rəngarəngliyi,özünəməxsusluğu dərinliyi ilə ələ alındı və incələndi. Yeni bir mühit və insanlar tanıdım. Əməyi keçən hər kəsə minnətdaram!

09-10 avqust tarixində Narınc Uşaq Psixologiya Mərkəzində psixoloq Narınc Rüstəmovanın təqdimatında “Uşaq və Yaş psixologiyası” mövzusunda treninq keçirildi. Dushunce.az saytının əməkdaşı olaraq biz də bu treninqdə iştirak etdik. Seminar Narınc Rüstemovanın iştirakçıları səmimi salamlaması ilə başladı. Hər bir iştirakçı özü və seminarda iştirak məqsədi haqqında qısa məlumat verdi. Tanışlıq mərhələsindən sonra Narınc xanım tərəfindən mövzunun tədrisinə start verildi. Seminar qarşılıqlı diskusiya şəklində dinamik bir abu-havada keçdi.Psixoloqumuz tərəfindən uşağın hər bir yaş dövründə özünü daha aktul göstərən problemlərin korreksiyası üçün bir neçə praktik məşğələlər tövsiyyə edildi. İki günlük seminar müddətində Narınc xanım tərəfindən aşağıdakı mövzuların izahatı verildi və ətraflı müzakirələr aparıldı.

  • Hamiləlik dövrü və Analıq (postnatal depressiya: ana bətnində uşağın inkişafı üçün psixoloji hazırlıq)
  • Çağalıq dövrü ( güvən duyğusunun formalaşdırılması,psixoseksual inkişaf dövrlərinə görə analiz)
  • Körpəlik dövrü ( nitq inkişafı, əşya fetişizmi)
  • Kiçik məktəb yaş dövrü ( məktəb həyatı, sosial adaptasiyanın qurulması,rol biçimi)
  • Yeniyetməlik dövrü ( tənhalıq hissi,intihara meyl, valideynlərlə münasibət)

Seminarın ikinci günü iştirakçılar sertifikatlarla təltif edildi.

Xatirə şəkli çəkildi. Sonda səmimi bir aurada keçən cofe break zamanı iştirakçıların seminar ilə bağlı təəssüratlarını soruşduq.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər