MÜHARİBƏLƏR UŞAQLARA NECƏ TƏSİR EDİR

Nədir üzündəki o kəlimələr???!
Axmış,çökmüş kəlimələr…
Gözlərinə həkk olunub,nəm bağlamış kəlimələr…
Düyünlənmiş qaşlarında bu acıq nə?
O islanmış yanaqlarda bu acı nə?
Nədir sənə əzab verən, nədir uşaq?!
Hər cizginə hopub qalan,
Səni uşaqlığın qoynundan qoparıb alan?!
Nədir Səni xəyalların zirvəsindən yerlərə salan?!
Nədir uşaq?! Nədir axı?!….

İnsanlar tərəfindən törədilən dəhşətli fəlakətlərdən biri və başlıcası Müharibələrədir. Əsgər olaraq qatılan,yaralanan, yaxınlarını itirən, hətta kütləvi informasiya vasitələri ilə savaşlarda baş verənləri müşahidə edən insanların da psixologiyasında müharibə dərin travmalara yol açır. Savaşların heç bitmədiyi bir dünyada yaşayırıq. Hər gün yüzlərlə insanın dəhşətli ölüm xəbərləri, uşaqlara, qadınlara verilən işgəncələr haqqında eşidir, savaşın geridə buraxdığı acınacaqlı mənzərələrin şahidi oluruq. Texnologiyanın , KİV-nin sürətli inkişafı ilə nə özümüzü ,nə övladlarımızı bu təsirlərdən uzaq tuta bilmirik. Indi internet əsri olduğu üçün hər bir bilgiyə çox rahat bir şəkildə sahib ola bilirik. Müharibə zamanı yaşananlar, insanların ruhi tarazlığının pozulmasına gətirib çıxarır ki, bu da həyata normal şəkildə davam edə bilmək üçün gərəkli olan güvən duyğusunu, özünə, ailəsinə və çevrəsinə qarşı nəzarət gücünü dərindən sarsır.

Uşaqlara gəldikdə isə bu proses daha da dərinləşir. Çünki uşaqlar böyüklərdən fərqli olaraq ətraf mühitdə olan hadisələrə, çevrələrində yaşananlara qarşı daha qorumasızdırlar və böyüklərinin onları qoruyub-qollamarına, onlara güvən vermələrinə daim ehtiyac duyurlar. Uşaqlar daim niyə sualını verir. “Müharibələr niyə olur?” Və böyüklər heç özləri də doğru dürüst cavab tapa bilmədikləri, insan əliylə törədilən bu vəhşəti açıqlamaqda çətinlik çəkirlər. Çünki böyüklərin də düşüncəsində müharibə, insanların amansız şəkildə qətlə yetirilməsinə heç bir əsas verə bilmədiyi bir prosesdir. Ona görə də valideyn övladına tam səmimiyyətlə “Səni hər zaman,Hər vəziyyətdə qoruyacağıq! Həmişə yanında olacağıq!” güvəncəsini verə bilmir. Bu bilirsiniz nəyə bənzəyir?! Zəlzələyə! Necəki zəlzələ olduğu zaman qorxub qucağınıza sığınan övladınıza “bu birdə heç vaxt təkrar olmayacaq!” inancını verə bilmirsiz,müharibələr də eyni təsiri yaradır.

Ata-anaları qədər xüsusən savaş bölgələrinə yaxın yerlərdə yaşayan uşaqlar da böyük bir təhdid altında olduqlarının fərqindədirlər.Və bu özünü çarəsizlik, hikkə-əsəb, narahatlıq, gərginlik, ata-ananı itirmək, yalnız qalmaq qorxusu kimi göstərə bilir. Belə duyğusal reaksiyalarla paralel olaraq yuxu problemləri ( yuxuya getmədə çətinlik, narahat yatma, kabuslar görmə, tez-tez oyanma, ayıq yatmaq və ya çox yatmaq və s.) , davranış pozuntuları da ortaya çıxa bilər. Eyni zamanda bəzi uşaqlarda özünü günahlandırma hissləri də yaşanır. Yaşıdlarının ,hətta özlərindən kiçik uşaqların acınacaqlı hallarını,yaşamlarını, ölümlərini görmələri,eşitmələri şüuraltı olaraq özünə qarşı yönəlmiş günahlandırma duyğusuna əsas verə bilər.

Hələ savaşın bilavasitə içərisində olan uşaqlarımızın taleyindən, psixologiyasından danışmırıq belə! Nə qədər çətin ,nə qədər ağır olduğunu dəqiqliyi ilə bir tək yaşayanlar bilər yəqin ki… Ailəsiz, evsiz, yurdsuz həyata davam etmək məcburiyyətində qalmaq kiçicik körpə üçün müharibədən də dəhşətli bir fəlakətdir əslində…

Həqiqətin nə olduğu, bütün dünyadakı savaşların nə zaman və necə sona yetəcəyi, bundan sonra necə davam edəcəyi, həyatımızı, övladlarımızı,ölkəmizi necə dəyişəcəyini hələ də bilmirik. Bu qədər müəmmalı hadisələri uşaqlara uyğun bir dillə anlatmaq əlbətdəki çətindir. Onları bu xəbərlərdən uzaq tutmaq daha da çətin bir prosesdir. Odur ki, bu vəziyyətdə valideynlərin, böyüklərin öhdəsinə düşən uşaqlara həqiqi bilgilər verməkdir. Təbbidir ki, bu həqiqətlər də müəyyən sərhədlər daxilində olmalıdır. Uşaqları qorumaq adına olan problemləri yox saymaq, heç bir şey oxmuş kimi davranmaq yerinə onlarla danışmaq, fikirlərini bölüşməsinə izn vermək, duyğularını dilə gətirməsinə kömək etmək daha yaxşı olardı. Ona başa sala bilərsiniz ki, belə bir vəziyyətdə keçirdiyi qorxular , narahatlıqlar normal sayıla bilər. Hər bir vəziyyət və şəraitdə övladınızın yanında olacağınızı, bütün problemlərlə birgə baş edə biləcəyinizi ona hissetdirməniz onu daha da rahatladacaqdır.Əgər sizdən tez-tez müharibədəki vəziyyət barədə soruşursa onun suallarını cavabsız qoymayın. Bu o demək deyildir ki, ona ancaq neqativ, pis, fəlakət xəbərləri verməlisiniz. Yaşanan müsbət dəyişikliklər, vəziyyətin getdikcə yaxşılığa doğru getməsi kimi xəbərlər onu sevindirə bilər.

FƏRİDƏ QASIMOVA

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər