Rayonun Vladimirovka kənd sakini 1995-ci il təvəllüdlü İbrahimov Elnur Mühəddin oğlu erməni gülləsinə tuş gəlib. Faktxəbər-in məlumatına görə, şəhid Elnur İbrahimov bu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdı. Onun sosial şəbəkədə son statusu isə belə olub:
“Ağlama, sevgilim, islatma yaylıq,
Mən əsgər gedirəm 18 aylıq”!
O, sonuncü dəfə 3 gün bundan əvvəl sosial şəbəkədə olub.