Yayı istirahətsiz keçirməyin!

Yorğun keçən iş ilindən sonra yay aylarında xarici ölkələrin birində, dəbdəbəli bir oteldə, dəniz qırağında, günəş, qum olan bir yerdə istirahət hər kəsin arzusudur.
Gənc Ramilə Həmidovanın sözlərinə görə, yayda dəniz kənarında yerləşən hoteldə istirahət etmək istəyir: “Xüsusilə də, xarici ölkələrə və ya rayon, kənd yerlərinə getmək, sərgüzəşt dolu səyahət etmək daha maraqlıdır”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə: “Hər bir insan il ərzində dincəlməyi bacarmalıdır. İstirahət, xüsusən, yay aylarında daha mütənasibdir. Çünki yay fəslində emosiyalar daha qabarıqdır və insanlarda dinamiklik artır. Bu enerjini müxtəlif yerlərə yönəltmək olar. Bu kitab oxumaq, gəzməkdən tutmuş, səyahətə qədər ola bilər. Daha uyğunu enerjilərini faydalı işlərə sərf etməkdir”.

E.Rüstəmov əlavə edib ki, dünyanın hər yerində insanlar öz büdcələrinə uyğun istirahət edirlər: “Bu gün Azərbaycanın istirahət üçün əlverişli olan dilbər guşələri var. İstirahət yalnız xarici ölkəyə getmək demək deyil, bunu problem edib istirahətdən yayınmaq düzgün deyil”.

Bəs, insanlar hansı xarici ölkələrdə istirahət etməyə üstünlük verir?

“Casablanca Travel” turizm şirkətinin direktoru Xəyal Həmidovun sözlərinə görə, insanlar daha çox dilləri bizim dilə yaxın olan ölkələri seçirlər. Bu baxımdan da Türkiyəyə getməyə üstünlük verirlər. Bu ölkə passiv istirahət kimi, aktiv istirahət kimi isə Avropa ölkələri seçilir. Türkiyədən sonra ikinci növbədə Birləşmiş Ərəb Əmirlikləri, Avropa ölkələrindən isə Çex Respublikası, Sloveniya gəlir. Bunun da səbəbi bu ölkələrdə passiv istirahət, istirahət mərkəzləri, otellərin olmasıdır.”

X.Həmidov bildirib ki, hal-hazırdakı qiymətlərə görə, Türkiyədə 2 nəfərlik istirahət azı 1200-1500 AZN başa gəlir.

Avropaya istirahət etmək istəyənlər üçün yay aylarında qiymətlər daha münasibdir. Müsahibim qeyd edib ki, Avropa ölkələri istirahət üçün daha çox payız-qış aylarında seçilir. Bunun da səbəbi Azərbaycan turistlərinin yayda təmiz havada gəzintini sevməməsidir. Avropanı kəşf etmək üçün ən uyğunu payız aylarıdır”.

Onun məsləhətinə əsasən bu fəsil üçün ən uyğun Türkiyənin Bodrum bölgəsinə 1 nəfər üçün 1 həftəlik tam paketi 600 AZN olan istirahətdir”.

Qeyd edək ki, Azərbaycanın dilbər guşələrinə də istirahət etmək üçün səyahət və ekskursiyalar təşkil olunur. Qiymətləri 25-35 manat arasında dəyişən bu ekskursiyalar bir günlük və bir neçə günlük ola bilər. 25 manatlıq səyahətin içinə rahat şəkildə avtobusla gedib qayıtmaq, səhər yeməyini yemək daxildir. 30-35 manatlıq səyahətlərə müxətlif əyləncələrin, müsabiqələrin keçirilməsi, nahar və axşam yeməkləri də daxildir.

Fəxriyyə Nəsirzadə

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər