Keyt Uinslet
39 yaşlı aktrisa Keyt Uinslet tamaşaçıların yadında “Titanik” filmi ilə qalıb.
“Oskar”, “Qızıl Qlobus”, “BAFTA” mükafatlarının sahibi olan ingilis aktrisa haqqında maraqlı faktları təqdim edir:
- Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb.
- Keyt “Titanik”in çəkilişlərindən sonra deyib ki, Leanardo Di Kaprionu öpmək doğma qardaşını öpmək kimi idi.
- Onlar Di Kaprio ilə bir də 2007-ci ildə “Xəyalların izində” filmində baş rolları paylaşıblar. Filmin prodüseri aktrisanın o dövrdəki həyat yoldaşı Sem Mendes olub.
- O, ilk ailə həyatını “Haydius Kinki” adlı filmdə tanış olduğu rejissor köməkçisi Cim Sreapleton ilə qurub. Aktrisanın bu evlilikdən Miya adlı qızı var. Cütlük 2001-ci ildə ayrılıb.
- 2003-cü ildə Keyt Sem Mendes ilə evlənərək Coe adında bir oğlan uşağı dünyaya gətirib. Onlar 2011-ci ildə boşanıblar.
- Aktrisa müsahibələrində plastik əməliyyatlara qarşı olduğunu və üzündə heç bir dəyişiklik etdirməyəcəyini deyib.
- “Qüsursuz zəkanın əbədi səadəti” filmindəki bütün pariklərini saxlayır.
- “Eniqma” filminə çəkiləndə aktrisa birinci uşağına hamilə olub.
- Keyt “Müqəddəs duman” filmindəki sərxoş səhnəsində həqiqətən sərxoş olub.
- 2011-ci ildə aktrisa sevgilisi, model Luis Daulerlə zəngin ingilis biznesmen Ser Riçard Brensonun Karib adalarındakı evində qonaq olan vaxt villanı ildırım vurub. Baş verən dəhşətli yanğının içindən Uinslet güclə qaçıb qurtulub.
- Həmin tətillər vaxtı Keyt biznesmen Brensonun qardaşı oğlu Ned Roknrolla tanış olub, cütlük dekabr ayında evlənib.
- Bu evlilikdən də aktrisanın bir övladı dünyaya gəlib. Cütlük oğullarının adını isə Bear, yəni ayı qoyublar.
- Müsahibələrinin birində “Titanik” filmindəki çılpaq səhnəsindən xoşu gəlmədiyini və utandığını deyib. Hətta fanatları ondan bu şəkli imzalamağı xahiş edəndə o, imtina edirmiş.
- 2009-cu ildə Britaniya Film Şurasının açıqladığına görə, Keyt Uinsletin ölkə iqtisadiyyatında dəyəri 60 milyon funt-sterlinqdir.
ailem.az