Titanikin əfsanəsi Keyt Uinslet haqında bilmədikləriniz

Keyt Uinslet

39 yaşlı aktrisa Keyt Uinslet tamaşaçıların yadında “Titanik” filmi ilə qalıb.

“Oskar”, “Qızıl Qlobus”, “BAFTA” mükafatlarının sahibi olan ingilis aktrisa haqqında maraqlı faktları təqdim edir:

  1. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb.
  2. Keyt “Titanik”in çəkilişlərindən sonra deyib ki, Leanardo Di Kaprionu öpmək doğma qardaşını öpmək kimi idi.
  3. Onlar Di Kaprio ilə bir də 2007-ci ildə “Xəyalların izində” filmində baş rolları paylaşıblar. Filmin prodüseri aktrisanın o dövrdəki həyat yoldaşı Sem Mendes olub.
  4. O, ilk ailə həyatını “Haydius Kinki” adlı filmdə tanış olduğu rejissor köməkçisi Cim Sreapleton ilə qurub. Aktrisanın bu evlilikdən Miya adlı qızı var. Cütlük 2001-ci ildə ayrılıb.
  5. 2003-cü ildə Keyt Sem Mendes ilə evlənərək Coe adında bir oğlan uşağı dünyaya gətirib. Onlar 2011-ci ildə boşanıblar.
  6. Aktrisa müsahibələrində plastik əməliyyatlara qarşı olduğunu və üzündə heç bir dəyişiklik etdirməyəcəyini deyib.
  7. “Qüsursuz zəkanın əbədi səadəti” filmindəki bütün pariklərini saxlayır.
  8. “Eniqma” filminə çəkiləndə aktrisa birinci uşağına hamilə olub.
  9. Keyt “Müqəddəs duman” filmindəki sərxoş səhnəsində həqiqətən sərxoş olub.
  10. 2011-ci ildə aktrisa sevgilisi, model Luis Daulerlə zəngin ingilis biznesmen Ser Riçard Brensonun Karib adalarındakı evində qonaq olan vaxt villanı ildırım vurub. Baş verən dəhşətli yanğının içindən Uinslet güclə qaçıb qurtulub.
  11. Həmin tətillər vaxtı Keyt biznesmen Brensonun qardaşı oğlu Ned Roknrolla tanış olub, cütlük dekabr ayında evlənib.
  12. Bu evlilikdən də aktrisanın bir övladı dünyaya gəlib. Cütlük oğullarının adını isə Bear, yəni ayı qoyublar.
  13. Müsahibələrinin birində “Titanik” filmindəki çılpaq səhnəsindən xoşu gəlmədiyini və utandığını deyib. Hətta fanatları ondan bu şəkli imzalamağı xahiş edəndə o, imtina edirmiş.
  14. 2009-cu ildə Britaniya Film Şurasının açıqladığına görə, Keyt Uinsletin ölkə iqtisadiyyatında dəyəri 60 milyon funt-sterlinqdir.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər