- Öz yerini bilməyən şəxs ləyaqət hissindən daha çox məhrumdur.
- Ağıl istədiyinə nail ola bildiyi üçün ağıldır.
- Yazıçının ən böyük bacarığı – qaralamağı bacarmasıdır.
- Gülüş hər şeydən əvvəl səmimiyyəti sevir.
- Gücün təhqirə ehtiyacı yoxdur.
- Ağıllı adam odur ki, dediyini nəticəsini əvvəlcədən görür.
- İnsan hər bir şeyə alışan bir məxluqdur.
- İstedatsız yazıçı ağsaq əsgər kimidir.
- Həqiqətən sevən ürəkdə ya qısqanclıq məhəbbəti, ya da məhəbbət qısqanclığı öldürür.
- Hər cür sevgi keçib gedəndir. Yalnız həyat tərzləri uyğun olmayan əlaqələr unudulmur.
- Borclardan və vəzifələrdən qaçaraq hüquqlarını tələb edən insan insanlıqdan kənardır.
- Xoşbəxtlik xoşbəxt olmaq demək deyil, onu əldə etməkdir.
- Fikri ifadə tərzi çox əhəmiyyətlidir: axı, ifadə tərzi üst geyimdirsə, fikir – bu geyimə bürünən bədəndir.
- Zarafatı, bənzətməni, istehzanı başa düşməmək pis əlamətdir.
- Əsl həqiqət həmişə düzə oxşamır. Odur ki, onu həqiqətə bənzər etmək üçün bir qədər yalan qatmaq lazımdır.
- Elə anlar olur ki, insanlar cinayəti alqışlayırlar.
Fyodor Mixayloviç Dostoyevski (legend.az)