Səhər oyananda mütləq deyilməli 9 CÜMLƏ
Hər açılan səhər yeni bir günün xəbərçisidir. Deyilənə görə, səhər yuxudan hansı əhvalda oyanırsınızsa, gününüz də elə davam edəcək.
Hər gün yuxudan necə oyanırsınız? Əhvalınız necə olur? Edəcəyiniz işləri ilk düşünüb nə hiss edirsiniz? Bəlkə də çoxunuz “kaş oyanmazdım” deyirsiniz. Ancaq bunu etməyin.
Gününüzün daha gözəl və xoşbəxt keçməsi, işlərinizdə uğur əldə etmək və xəyallarınızı gerçəkləşdirmək üçün hər sabah oyandığınızda Ailem.az-ın təqdim edəcəyi bu cümlələri özünüzə deyin.
- “Ətrafımda məni sevən və dəyər verən insanlar var”.
- “İçimdə sevgi var”.
- “Olmaq istədiyim kimiyəm, etdiklərimlə qürur duyuram”.
- “Səhvlərimi düzəldəcəm”.
- “Həyatdakı çətinliklərin fərqindəyəm”. Ən əsas olan həyatda qarşınıza çıxan çətinliklərdən xəbərdar olub onlara qalib gəlmək və hədəfə çatmaqdır.
- “Həyatımın memarı özüməm və onu gözəl bir həyat kimi inşa edəcəm”.
- “Etmək istədiklərim üçün azadlığım, sərbəstliyim var”.
- “Sağlam biriyəm”.
- “Gülmək gözəldir”.
Hər şey bir-birinə bağlıdır. Etdiyiniz hansısa bir hərəkət ətrafınıza da təsir edə bilər. Buna görə ətrafınıza qarşı da duyğusal olun.
ailem.az