Ailə-insanların qarşılıqlı fəaliyyətinin təkrarsız institutudur. Hər adamın öz həyat məkanı vardır – bu digər insanlarla – qohum, dost, qonşularla olan münasibətləridir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür: «ev», «ailə» – bu, insanların yaşadıqları yeridir, yalnız burada onlar özlərini yaxşı hiss edirlər. Ailə, şübhəsiz, müasir dövrdə, istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. T.Louson və C.Herrod lüğət-sorğu kitabçasında ailəni belə müəyyənləşdirirlər: ailə – «ümumi qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bizim bağlandığımız bütün adamlardır».V.R.Ratnikov «ailə» dedikdə «dəqiq müəyyən edilmiş maraqları və məqsədləri olan mini qrupu» başa düşür. Ailənin əsas məqsədi – qalib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə bilmək və nəslin davamını təmin etməkdir. Nuklear ailə – iki əks cinsə mənsub yaşlı üzvü və onların himayəsində olan uşaqları ilə təmsil edilmiş ailədir. Bir çox sosioloqlar (xüsusilə funksionalistlər) belə ailə formasını əsas, ailənin universal növü kimi qeyd edirlər (ailə şəklində yaşayan insan qruplarının tərkibi). Bundan əlavə, funksionistlər, xüsusilə də T.Parsons hesab edir ki, nuklear ailə sənaye cəmiyyətində üstünlük təşkil edən daha müvafiq, yəni ictimai tələblərə daha çox cavab verən ailə kimi nuklear ailə genişləndirmiş ailəni əvəz etmişdir. Yəni genişləndirilmiş ailədə baza nuklear struktur ya şaquli (məsələn valideynlər, uşaqlar və valedeynlərin valideynləri daxil olmaqla) və yaxud da üfüqi (iki və ya daha artıq qardaşlar öz arvadları və uşaqları ilə birlikdə yaşayırlar) olaraq tamamlanır və ya genişləndirilir. Bəzi alimlər təsdiq edirlər ki, müasir əhalinin ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında nə isə yeni, birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar (həm xarici, həm də yerli) göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Hüququn bu sahədə imkanlarının iki növü vardır. Birincisi, o mütləq prosedurlarla fərdin davranışını tənzimləyir (nigahın qeydə alınması, atalığın müəyyənləşdirilməsi), ikincisi, birbaşa və ya bilavasitə qanunun xüsusi qaydalarla müsbət və ya mənfi, ədalətlə və ya ədalətsiz qiymətləndirdiyi davarınışın bu və ya digər modelini nəzərdə tutur. Bu hüquqi modellər, öz növbəsində dəyərlərin müəyyən sistemlərinə əsaslanır. Fərdlər dəyərlərin şəxsi sistemi ilə harmonik uyğun gələndə bu modeli qəbul edir və qavrayırlar.
Gültac Bayramova