Cavanlıq müvəqqətidir. Qocalıq hər kəsi bir gün haqlayır. Gəncliyin ömrünü mümkün qədər uzatmaq hər kəsin arzusudur.
Milli.Az-ın təqdim etdiyi məsləhətlər gəncliyinizi mümkün qədər uzatmağa yardımçı olacaq.
Müxtəlif xalqların nağıllarında gənclik içkiləri haqqında söz açılır. Bizim təqdim etdiklərimiz isə nağıllardan kənardır. Tamamilə reallıqdır.
Yaşıl çay qocalmağa qoymayacaq
Bu içki ürək-damar sistemi xəstəlikləri riskini azaldır. Tərkibindəki ftor sayəsində dişlər möhkəmlənir, kariesin qarşısı alınır. Bu yaxınlarda aparılmış araşdırma isə göstərib ki, yaşıl çay hüceyrələrin qocalmasının da qarşısını alır. Çayın tərkibindəki güncü antioksidantlar turşu stressi vasitəsi ilə baş verən hüceyrə zədələnməsinin qaşısını alır.
Tədqiqatçıların fikrincə, gün ərzində 4 fincan yaşıl çay bədəndəki turşu stressini iki dəfə azaldır. Eyni zamanda orqanizmin qocalmasının qarşısını alır.
Su
Dərinin sağlam görünməsi üçün daima nəmlənmə lazımdır. Bu işdə sizə sadə su yardımçı olacaq. Gün ərzində optimal su qəbulunun miqdarı isə ilin fəslindən, çəkidən və boydan asılıdır. İstənilən halda gün ərzində 8 stəkan su işmək ən optimal variantdır.
Su orqanizmdəki elektrolit balansının qorunması üçün də vacibdir.
Qırmızı qreypfrut şirəsi dərini dartır
Təbii rəngləndirici olan likopit bu meyvənin içini qırmızı edir. Likopit ən güclü antioksidantlardan hesab olunur. O, hüceyrələrin zədələnməsinə səbəb olan azad radikalları neytrallaşdırır. Likopin dərinin qocalmasının da qarşısını alır, günəş şüalarının mənfi təsirini azaldır. Dərinin möhkəmliyinə “cavabdeh olan” zülal mübadiləsini stimullaşdırır.
Qəhvə
Dünyada hər gün milyonlarla insanın içdiyi qəhvə xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Gündə cəmi 1 fincan qəhvə xərçəng riskini 10 dəfə azaldır. Alimlərin fikirlərinə görə, bu, təbii antikanserogen olan kofeinlə bağlıdır. Tərkibində kofein olmayan qəhvə elə də faydalı deyil.
Şərab
Cüzi dozada alkoqol qəbulunun insan orqanizmi üçün faydası əvəzolunmazdır. Alimlər bu alkoqolun bu cür faydasını, hələ ki, izah edə bilməsələr də, faydalı olduğuna əmindirlər. Alkoqol insanlarda zehni zəifliyin, o cümlədən Alsgeymer xəstəliyinin qarşısını alır.
Milli.Az