Üzüm qızarır, nə edim?

Utananda üzüm qızarır

İctimayət içərisində özünü ifadə edə bilməmək, insanlarla ünsiyyət qura bilməmək, özünə güvənməmək , tez-tez özünü tənqid etmək və buna bənzər digər əlamətləri sosial fobiya adlandırmaq olar.

Bu əlamətləri gündəlik həyatında tez-tez yaşayan şəxslər bu çətinliyini dost-tanışa söyləməkdə çətinlik çəkirlər və ya bu problemlərini hər hansı bir mütəxəssislə məsləhətləşmək ağıllarına belə gəlmir. Nəticədə bu sosial fobiyanı aradan qaldırmaq əvəzinə anti-sosiallığa meyl edirlər ki bu da daha ağır nəticələrə gətirib çıxarır.

Bu şəxslər başqalarının özündən daha yaxşı , daha gözəl ya da daha müvəffəqiyyətli olduğunu düşünürlər. Özlərinin isə heç bir şey bacarmadıqlarını fikirləşirlər. Özünüqiymətləndirmə aşağı səviyyədə olur. İnsanlar arasında olduqda hamının ona baxdığını və onunla əlaqədar mənfi şeylər düşündüklərini hiss edirlər. Bu düşüncələr səbəbindən ictimai yerlərdə az-az iştirak edirlər və insanlardan qaçırlar.

Bu sadalananlar bəzi şəxslərdə daha çox nəzərə çarpır. Ürək ritmində artma, sürətlə nəfəs almaq, tərləmə, titrəmə, əzələlərdə gərginlik, mədədə narahatlıq, üzün qızarması və s. rast gəlinən əlamətlərdən bir neçəsidir. Bu cür şəxslər mənfi düşüncələri ilə bədənini hərəkətə gətirərək fiziki ağrılar hiss edir və mənasız olduğunu bildiyi halda kontrolu itirir. Bu narahatlılıqlar və fiziki reaksiyalar artıq gündəlik həyata da mənfi təsir göstərməyə başlayır. Dəvətlərə, görüşlərə , yığıncaqlara getməkdən imtina edir. İş yerində hər hansı aktiv vəzifə götürməkdən çəkinirlər. Şəxsi və sevgi münasibətlərində çətinliklərlə qarşılaşırlar.

Sadalanan bu əlamətlərlə rastlaşan şəxslər mütləq bir şəkildə psixoterapevt köməyi ilə öz üzərilərində çalışmağa başlamalıdırlar. Psixoterapevtin köməyi ilə öz düşüncəsinə nəzarət etməyi öyrənərək cəmiyyətə qatılmalı, ünsiyyət qurmalı və aktiv rol tapşırıqlarını yerinə yetirməlidir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər