Yuxuda daş-qaş görmək yaxşı işarədir

Yuxuda daş-qaş görmək məmnunluq və zənginlik deməkdir. Özündə onları görmək şöhrətpərəstliyə işarədir. Başqalarında onu görmək siz və ya dostlarınızın qazanacağı şöhrətə işarədir.

Yuxuda daş – qaşla bəzənmiş paltar görmək nadir tapılan uğura işarədir. Əgər yuxuda daş – qaş sizə miras qalıbsa, bu, maddi vəziyyətinizin yaxşılaşacağını göstərir. Yuxuda sizə daş-qaş hədiyyə olunubsa, bu sizin hazırkı vəziyyətinizi təhlükə altında qoyur. Gənc qadın yuxuda daş-qaş hədiyyə alıbsa, onu arzuolunan evlilik gözləyir. Əgər qadın daşqaşını itiribsə, bu o deməkdir ki, o, çaşqınlığa salan insanlarla qarşılaşacaq.

Daş-qaş tapmaq maraqlandığınız işlərdə tezliklə parlaq uğur əldə edəcəyinizdən xəbər verir. Onları almaq bir çox işlərdə, ürək məsələlərində böyük uğur vəd edir.

Leave a comment

Your email address will not be published. Required fields are marked *