Burberry brend

“Dama” ingilislər üçün isti ilə assosiasiya olunurdu. Belə ki, ingilislər enli, damalı yun şallara bürünərək soyuqdan qorunurdular

“Burberry” brendinin banisi Tomas Barrberi hazır geyim satılan ilk mağazasını 1856-cı ildə Hempşir qraflığında açıb. 1879-cu ildə isə o, xüsusi yaş olmayan qabardin adlı materialı hazırlayır. Bu parçadan tikilən geyimlər, xüsusilə də idamçılar və səyyahlar arasında çox tez məşhurlaşdı. 1891-ci ildə isə qabardindən hazırlanan geyimlərə tələbat o qədər çoxalır ki, Barrberi əyalətdəki kiçik mağazasını bağlayıb Londona köçür. Burada o, tezliklə idman və istirahət üçün qabardindən tikilən geyimlərin topdan satışını təşkil edir.

Birinci Dünya Müharibəsi zamanı T.Barrberi sifarişlə super su keçirməyən bürüncəklər hazırlayır. Bu “Burberry” bürüncəyi sahibinə milyonlar qazandırdı. Bundan sonra “Burberry” brendi sürətlə inkişaf etməyə başladı.

1901-ci ildə Berberri hərbi nazirlikdən daha bir sifariş aldı. Sifariş hərbi geyimin tam dəstinin hazırlanması ilə əlaqədar idi. Bu sifarişə görə “Burberry” brendinin ticarət nişanının üstündə “Prorsum” sözləri yazılan bayraq fonunda cəngavər şəkli verildi.

Müharibə bitəndən sonra bu brendin geyimləri adi geyimlər arasında görünməyə başladı. После окончания войны тренчкот Барберри гармонично вписался в гражданский ассортимент одежды. 1920-ci ildən artıq “Burberry”nin brüncəyinin astarındakı dama-dama naxış firma nişanına çevrilib. Sonradan qırmızı, bej rəngi, qara və ağa damalı parçalar “Burberry” firması ilə assosiasiya olunurdu. Bu dama 1924-cü ildən Nova adı ilə məşhurlaşmağa başladı.

Əvvəllər dama daha çox bej rəngində işlənirdi. Bu naxışlı parça bürüncəklərin astarı üçün istifadə olunurdu. Ona görə ki, “dama” ingilislər üçün isti ilə assosiasiya olunurdu. İngilislər adətən soyuq havadan damalı ədyal ilə qorunurdular. Məhz bu da Berberini bu naxışdan istifadə etməyə ruhlandırdı.

Bu gün “Burberry”nin geyimlərində qırmızı, çəhrayı, mavi, ağ və qara rəngli damalardan istifadə olunur.

“Burberry” əsas diqqəti iki növ geyimlərə yönəldir:

  • “Burberry Prorsum”. Bu kolleksiyanın modelləri Milanda nümayiş olunur və bütün dünyada çox məşhurdur. Bu dəbdəbəli və təəccübləmdirən geyimlərdir. “Burberry Prorsum” brendini ancaq imkanlı adamlar ala bilərlər.
  • “Burberry London”. Bu brenddən olan geyimlər ingilis adət-ənənələrinə uyğun tikilir. “Burberry London” klassik geyimlərindən cinslər, futbolkalar, sviterlər, ayaqqabı, çanta və qısa ətəklər daha məşhurdur.

Bundan başqa “Burberry” dəb evi uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Thomas Burberry” brendinin geyimlərini, saat, eynək, aksessuar və parfum də istehsal edir.

Ümumiyyətlə, “Burberry” şirkəti fəaliyyət sahələrini genişləndirməyə çalışırlar. Artıq “Burberry”nin qabları, şamları, çətirləri də sevilir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər