Karen Xorni

K.Xorni öz təhsilini Berlin universitetinin tibb şöbəsində almışdır. 1918-ci ildə Berlin psixoanalitik insitutuna işə düzəlmiş və orada 1932-ci ilə qədər işləmişdir. Sonra o, digər alman alimləri ilə ABŞ-ya köçür, bunun səbəbi də Almaniyaya Hitlerin gəlməsi olur. Əvvəllər Xorni Çikaqo psixoanalitik institutunda direktor müavini kimi işləyir, sonra isə Nyu-Yorka köçüb, orada psixoanalitik institutda dərs deyir və paralel olaraq terapevtik praktika ilə məşğul olur. Freydin bir çox tələbələri kimi Xorni də Freydin fikirlərindən ayrılır və sonralar öz Assosiasiyasını təşkil edir ki, bu da sonra Amerika psixoanaliz institutu ilə əvəz olunur.

Freyddən prinsipial məsələlərə görə ayrılan Yunq və Adlerdən fərqli olaraq, Xorni sadəcə onun nəzəriyyəsindəki bəzi çatışmamazlıqları düzəltmək istəyirdi. Bütün bunlar onun Freyd nəzrəiyyəsində bəzi dəyişikliklər etməyinə gətirib çıxartmışdı. Xorniyə görə insan şəxsiyyətinin inkişafında cəmiyyətin təsiri çox böyük rol oynayır. O sübut etməyə çalışırdı ki, inkişaf anadangəlmə instinktlərlə bağlı deyil, insan ömrü boyu inkişaf edib dəyişə bilər. Xorniyə görə norma və patalogiya arasında bir sərhəd mövcud deyil və nevrotik insanların tam sağalmasına da ümid etmək olar.

Xorniyə görə şəxsiyyətin strukturunda dominantlıq aqressiya və libido instinktləri deyil, köklü təlaşlıq hissi adını alan şüursuz təlaşlıq hissidir. Xorni belə qeyd edirdi ki, bu “uşağın doğulduğu dünyada tək və köməksiz olma hissi” ilə bağlıdır. Beləliklə, Xorninin fikirlərində nəinki Freydin şüursuzluq haqqında fikirləri, həmçinin onun insan və xarici aləm arasında antaqonizm qalır. Xorniyə görə, uşaqlarda təlaşlıq hissinin inkişafı valideynlərdən ayrı qalması və ya valideynlərin həddən artıq çox qayğısı, diskriminasiya və ya uşaqla daha çox fəxr etmə ola bilər. Bəs, bu bir-birinə zidd olan faktorlar təlaşlığın yaranmasına necə səbəb ola bilər? Bu suala cavab verərkən Xorni təlaşlığın 2 növünü ayırır: psixoloji və fizioloji. Fizioloji təlaşlıq uşağın öz tələbatlarını (yeməyə, içməyə, rahatlığa) ödəməklə bağlıdır. Uşaq doğulduğu ilk həftələrində ac qalma, rahatsızlıq onda təlaşlıq hissini yaradır. Amma sonralar anası və ya ətrafdakılar onun tələbatlarını ödəyirsə, onda təlaşlıq hissi keçir. Amma əgər tələbatlar ödənilməsə uşaqda təlaşlıq daha da çoxalır və insanın nevrozlaşması üçün fon yaranır. Əgər fiziolji təlaşlıqdan tələbatları ödəməklə qurtulmaq olarsa, psixoloji təlaşın qarşısını almaq daha çətindir, çünki bu adekvat “mən” obrazının inkişafı ilə bağlıdır. “Mən” obrazının yaradılması Xorninin ən vacib açılışı olmuşdur. Xorniyə görə bu obraz 2 hissədən ibarət olmuşdur: özünütanıma və özünəmünasibət. Burada insanın özünə olan münasibəti müsbət olmalıdır. Xorniyə görə bir neçə “mən” obrazı mövcuddur: real Mən, ideal Mən və digərlərin gözündə Mən obrazı. İdealda bu 3 “Mən” obrazı üst-üstə gəlməlidir və ancaq bu halda insanın normal inkişafı və nevroza qarşı davamlılığı haqqında danışmaq olar. İdeal “Mən” real “Mən”dən fərqlənirsə, insan özünə müsbət yanaşa bilmir və bu onun normal inkişafına mane olur və onda gərginliyi, təlaşlığı, özünə inamsızlığı yaradır.

Gərginlikdən qurtulmaq üçün insan Freydin qeyd etdiyi psixoloji müdafiə vasitələrinə əl atır. Lakin, Xorni bu fikirlərə yenidən baxır. Freyd qeyd edirdi ki, psixoloji müdafiə daxildə İd və Super eqo arasında yaranan konfliktləri həll edir. Xorniyə görə bu müdafiə sistemi insan və cəmiyyət arasındakı konflikti həll etməyə yönəlməmişdir. Xorni müdafiənin 3 əsas növünü ayırmışdır ki, bunların əsasında nevrotik tələbatların ödənilməsi durur. Tələbatlar və müdafiə sistemi arasında harmoniya normal, bunlardan birinin dominantlığı isə insanda normadan uzaqlaşmaya gətirib çıxarır.

Xorniyə görə, psixoanaliz insanın özünü dərk etməsinə və özü haqqında adekvat fikir yaratmasına kömək edir. Xorninin psixoloji müdafiə anlayışına yanaşması müasir psixologiyaya təsir etmişdir. Bunu bir çox psixoloqlar qəbul etmişdir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər