Hər bir insan mükəmməl parlaq təbəssümə sahib olmağı arzulayır. Xoşbəxtlikdən müasir təbabət buna imkan verir, dişlərin istənilən kosmetik qüsurunu aradan qaldırır. Əgər dişlərin yerləşməsi və rəngi sizi qane etmirsə, ruh düşkünlüyünə düşməyin. Ona görə ki, müasir zamanda bu qüsurları aradan qaldırmaq olur. Belə ki, diş üçün vinirlərlə dişləri düzləşdirmək mümkündür.
Müasir stomatologiyada vinirlərin hazırlanması üçün müxtəlif materiallardan istifadə olunur. Vinirlərin bir neçə növü var – keramik və kompozit vinirlər.
Vinirlərin tədqiqi üçün göstərişlər: dişlərin formasının dəyişməsi, yeyilməsi və parçalanması, kariyes kanalının müalicəsinin nəticəsi, diastema, dişlərin piqmentasiyası, diş minasının qaralması.
Keramik vinirlər yüksək keyfiyyətli keramikdən hazırlanan nazik lövhəciklərdir. Və ya keramik vinirlər təzyiq altında tökmə (press keramika), ya da ki, frezerləmə yolu ilə hazırlanır. Bu materiallar yüksək estetik xüsusiyyətlərinə görə fərqlənir və sağlam dişlərin minası kimi optik şəffaflıq effekti yaradır. Vinirlər dişlərin qabaq tərəfində fiksə olunur və dişləri bütünlüklə örtür. Dişlərin başqa tərəfləri isə boş qalır. Keramik vinirlər yeyilməyə qarşı çox dözümlüdür və möhkəmliyi ilə fərqlənir. Bunun da sayəsində dişlərin bütün funksiyaları olduğu kimi qalır. Eləcə də, vinirlər siqarət, çay və kofe nəticəsində də öz ilkin rəngini itirmir.
Kompozit vinirlər cəmi bir seansa yüksək plomblanmış materialdan hazırlanır. Kompozit vinirlərin keramik vinirlərə nisbətən qida rəngləyicilərinə qarşı dözümlülüyü azdır. Bundan başqa onları təbii dişlərin minası kimi hamar cilalamaq olmur.
Qeyd edək ki, dişlər üçün luminirlər də olur. Onların qalınlığı 0,3 mm-dən qalın olmur. Onlar qabaqcadan yonulma olmadan bərkidilir ki, buna görə də dişlərin həcminin artması elə də bilinmir. Onlar möhkəmliyinə görə adi keramik vinirlərdən geri qalmırlar.
Azərbaycan Tib Universiteti, Stomatoloji Klinikasının Tibb elmləri üzrə fəlsəfə doktoru
Xalidə Nəsirova