Natali Portman kimi zərif olmaq istəyirsiniz?
Hollivud ulduzları arasında ən cazibədar qadınlardan olan Natali Portman zərifliyi, gözəl bədən quruluşu ilə seçilir. Pəhriz sayəsində 160 sm. boyu olan N.Portmanın çəkisi 47 kq. keçmir.
Səhər yeməyi:
Bananlı, giləmeyvəli “smuzi”
Hazırlanması: 5 dəqiqə tələb edir
Porsiyanın sayı: 1 porsiya
Tərkibi:
2 banan
1 stəkan dondurulmuş qara qarağat (başqa giləmeyvələr də ola bilər)
6 xörək qaşığı çətənə tumları (qoz və fındıq da ola bilər)
Bir çimdik vanil və ya darçın da əlavə edin. Alınan qarışığı blenderə əlavə edib yaxşı qarışdırın. Dərhal süfrəyə verin.
Nahar:
Yaşıl paxla və tərəvəzlərdən hazırlanan salat
Porsiyanın sayı: 2 porsiya
Hazırlanması: 20 dəqiqə tələb edir
Tərkibi:
2 xörək qaşığı zeytun yağı
1 ovuc yaşıl paxla
1 ovuc uzunsov doğranmış yerkökü və soğan
1 ovuc uzunsov doğranmış “tofu” pendiri
1 çay qaşığı doğranmış sarımsaq
1 çay qaşığı doğranmış uzun bibər
6 xörək qaşığı su
1/2 xörək qaşığı soyalı sous
1 çay qaşığı şəkər
1 xörək qaşığı göbələkli sous
Qabda yaşıl paxla və uzunsov doğranmış yerkökü və soğanı qarışdırın. “Tofu” pendirini qızılı rəng alana qədər qızardın. Qızarandan sonra sarımsaq, uzun bibər və tərəvəzləri əlavə edib yaxşı qarışdırın. Alınmış qarışıq yanmasın deyə bir qədər su əlavə edin. Sonda isə soyalı sous, şəkər və göbələkli sous əlavə edərək qarışdıraraq tərəvəzlər yumşalana qədər qızardın. İsti və ya ilıq şəkildə süfrəyə verin.
Günorta yeməyi:
Darçın və qozla bişmiş alma
Porsiyaların sayı: 1 porsiya
Hazırlanması: 20 dəqiqə
Tərkibi:
1 iri alma
2 qoz ləpəsi
2 qara gavalı
1 çay qaşığı bal,
Zövqə görə darçın
Almanı yuyun, içini oyun. Qoz ləpələrini, qara gavalını xırda doğrayın, bal və darçınla qarışdırın. Alınan qarışıq ilə almanın içini doldurun. Sobaya qoyub 10 15 dəq. bişənə qədər gözləyin. Süfrəyə isti halda verin.
Axşam yeməyi:
“Quakamole” adlı Meksika salatı
Porsiyanın sayı: 3 porsiya
Hazırlanması: 15 dəqiqə
Tərkibi:
5 ədəd yetişmiş avakado
1/4 orta ölçüdə olan soğan və ya yaşıl soğan dəsti
2 ədəd pomidor və 1 ədəd limonun suyu
1 çay qaşığı xırda doğranmış acı bibər (pul bibərlə də əvəz etmək olar)
1 dəst kişniş
1 çay qaşığı duz və ya duzu zövqə görə əlavə etmək olar
Avakadonu təmizləmək, meyvənin ətini çıxarıb böyük qaba qoyun. Üzərinə limonun suyunu sıxın. Nəzərə alın ki, avokadonun rəngi çox tez qaralır. Pomidoru, soğanı və kişnişi xırda doğrayın. Acı bibəri isə lap xırda doğrayın. Hər şeyi yaxşıca qarışdırıb duz vurun. Acı bibəri də əlavə edin. Qışda bu salatı keşniş və ya nar dənələri, yayda isə giləmeyvə ilə bəzəyirlər. Bu salatı kukuruzlu çipslərlə də yemək olar.
Nuş olsun!