Versaçenin geyimləri

Geyim və parça istehsalı, elcə də satışı ilə məşğul olan Cianni Versaçe S.p.A. şirkətinin əsası 1978-ci ildə İtaliyalı geyim dizayneri Canni Versaçe tərəfindən qoyulub. Onun ölümündən sonra 1997-ci ildə bacısı Donatella Versaçe Dəb evinin dizayn üzrə direktoru, böyük qardaşı santo Versaçe isə icraçı direktor vəzifəsinə keçir.

Qeyd edək ki, ilk Versaçe butiki 1978-ci ildə Milanda Via della Spiqa küçəsində açılıb və açılan kimi də məşhurlaşıb. Bu gün Versaçe artıq dünyanın ən aparıcı Dəb evlərindən biridir. Bu Dəb evinin “Versace Group”un müxtəlif brendləri altında istehsal etdiyi geyim, parça, müxtəlif aksesuarlar, parfümeriya, kosmetik vasitələr və mebellər çox məşhurdur. Bununla yanaşı Verasçe Qrupu Palazzo Versaçe hotelini də işlədir.

Versaçe Dəb Evi və məşhurlar

Versaçe brendinin pərəstişkarları arasında məşhur adamlar çoxdur. Uzun müddət Elton Con Versaçe brendinə müraciət edirdi. Onun seçdiyi geyimlərə sadə tərzdə olan geyimlər, brilyant və Svarovski qaşları ilə bəzədilən geyimlər daxil idi.

Bu brendi Maykl Cekson, Tupak Şakur kimi məşhur müğənnilər də sevirdi.

Başqa İtalyan Dəb Evlərindən fərqli olaraq, Versaçenin “üzü” var. Versaçe məşhur insanları “üz” olmaq üçün dəvət edir, əvəzində isə həmin adamalara pul və Versaçeden geyim verilir. Misal üçün, Versaçe şirkətinin reklamında çəkilmək üçün 2005-ci ildə Madonnaya 10,5 milyon dollar məbləğində pul verilib. Bununla yanaşı Madonnaya 2 il ərzində Versaçe brendininin geyimlərindən pulsuz istifadə təklif olundu. Qeyd edək ki, Madonna 1995-ci ildən 2005-ci ilə qədər Versaçe şirkətinin üzü olub.

Demi Mur, Britni Spirs, Kristina Agilera, Xolli Berri də bu şirkətin üzləri olublar.

Versaçenin geyimləri Versaçenin geyimləri gözəlliyi ilə insanı valeh edir. Bu brendin modelləri rəng harmoniyası və mükəmməl biçimi ilə seçilir. Bu Dəb Evinin banisi Versaçe qadınlar üçün nəzərdə tutulan kolleksiyalarda bədən cizgilərini bürüzə verən parçalara, qısa ətəklərə, belin və sinənin açıq qalmasına üstünlük verirdi. Açıq-saçıqlıq, həssas görünüş onun obrazlarının əsasını təşkil edirdi. Dar şalvarları, çox qısa yubkaları, korset və dar kostyumları da dəb aləminə o, gətirdi. Bu tip geyimlər bu gün də öz aktuallığını itirmir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər