Bu gün Avropanın Diabetlərin Öyrənilməsi üzrə Assosiasiyasının “Qafqaz regionunda diabet xəstələrinin sağlamlığının yaxşılaşdırılması” üzrə layihə çərçivəsində həkimlər üçün diplomdan sonrakı təkmilləşdirmə kursunun açılışı oldu.
Avropanın Diabetlərin Öyrənilməsi üzrə Assosiasiyasının (EASD) prezidenti Andrey Boultonun sözlərinə görə, Azərbaycanda diabet xəstələrinin müalicəsi ilə endokrinoloqlar məşğul olur: “Endokrinoloqların üzərinə böyük yük düşür və onlar diabet xəstələrini müalicə etməyə çatdırmırlar”, – deyə Boulton əlavə edib ki, özü həm İngiltərədə, həm də Amerikada işləyir: “Bizdə də sizin ölkədə olduğu kimi vəziyyət eynidir. Yaxşı olardı ki, terapevtlər də diabet xəstəliyi barədə məlumatlandırılsınlar, onlar da müəyyən kurs keçib diabet xəsətliyinin müalicəsini öyrənsinlər. Belə ki, ilk növbədə əhali ilə ən çox işləyənlər ilkin səhiyyə xidməti çərçivəsində çalışan ümumi terapevtlərdir. Onları diabet xəsətliyi barədə təlimatlandırmaq olar. Bizdə misal üçün, bu istiqamətdə işlər aparılır. Bizdə ümumi praktika həkimləri, yəni terapevtlərin bəziləri ümumi praktika ilə yanaşı diabet xəsətəliyinin müalicəsi üzrə də ixtisaslaşırlar. Onlar çoxlu sayda diabet xəstələrinə qulluq edir və xidmət göstərirlər. Terapevtlər şəxsin diabet xəsətliyinə tutmasını aşkar edir, diaqnoz qoyur, ilkin məsləhətlər verir, müalicə aparırlar. Lakin ağırlaşmalar olanda xəsətni endokrinoloq mütəxəssislərə göndərirlər. Əlbətdə ki, endokrinoloqların da sayının artırılması məqsədəuyğundur”.
A.Boultan bildirib ki, diabet xəstəliyi olmayan ölkə yoxdur: “Ümumiyyətlə, qərbləşmə diabet xəstəliyini artırır. Bu xəstəliyi artması düzgün qidalanmamaq və az fiziki hərəkət etməklə bağlıdır. Diabet həm də genetik xəstəlikdir. Bu xsətəliyə tutulmamaq üçün fiziki hərəkət çox etmək, liftlə deyil, pilləkənlə qalxmaq, maşnla deyil, piyada getmək lazımdır. Diabet xəstəliyindən sığortalanma qüçün siqaret də çəkmək məsləhət deyil. Siqaret çəkənlərin diabet xəstəliyinə tutulma riski birin beşə artır”.
O, qeyd edib ki, ən geniş yayılmış 2-ci tip şəkərli diabet xəstəliyidir: “Onların özlərinin xəbəri belə olmadan bu xəstəlik inkişaf edə bilər”.
Avropanın Diabetlərin Öyrənilməsi üzrə Assosiasiyasının sədri Leszek Kzupriniakın sözlərinə görə, əsrlər boyu insan bir tikə çörək qazanmaq üçün mübarizə aparıb, işləyib, qidası isə az olub: “İndi isə vəziyyət dəyişib. Qida çoxdur. Adamlar çox yeyir, kökəlir, az hərəkət edir, başlayır hər yerə maşınla getməyə, kompüter qarşısında oturur. Ona görə də bizim bədənimiz artıq enerji qəbul edir. Bədən o qədər şəkər qəbul edir ki, bu artıq bədənə lazım olmur. Şəkər də keçir qana və qan damarları zədələnir. Bunun da nəticəsində insanların çəkisi artır, şəkərli diabet xəstəliyi də əmələ gəlir. Xüsusilə də, bu xəstəlik əvvəllər kasıb, olan yaxın zamanlarda, qısa müddətdə varlanan ölkələrdə, məsələn şərq ölkələrində, Sədui Ərəbstanda çox yayılıb. Belə ki, insanların həyat tərzi dəyişib”.
Sədr qeyd edib ki, diabet xəsətliyin geniş yayılmasına görə təmsil etdikləri Assosiasiya semminarları dünyanın müxtəlif yerlərində təşkil edir: “Semminarlarda məlumat verilir ki, az yemək yemək və daha çox hərəkət etmək lazımdır. Beynəlxalq kurslara Avropadan ən məşhur mütəxəssisləri cəlb etmişik. Burada bir çox ölkələrin nümayəndələri var. Əsas məqsədimiz diabtin müalicəsi ilə bağlı ən son nailiyyətlər barədə məlumat verməkdir”.
Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova bildirib ki, təlimdə Avropadan diabet xəstəliyini öyrənən görkəmli həkimlər dəvət olunub: “Semminarlarda diabetin öyrənilməsi, bu xəstəliyin müaslicəsinə dair yeni metodlar təklif olunur. Bu xəstəliyin fəsadlarının qarşısının alınması baradə həkimlər məlumatlandırılır”.
Aynurə MƏMMƏDOVA