Sosiallaşmada cinsi fərqlərin rolu

Sosiallaşma, insan övladının cəmiyyətin bir üzvü halına gəlməsi prosesidir, yəni mənsub olduğu toplumun bir parçası olduğunu öyrənməsidir. Geniş mənada sosiallaşma uşağın yaşadığı cəmiyyətə uyğunlaşması deməkdir. Bu prosesə eyni zamanda cəmiyyətə hazırlanma da deyilir. Çünki uşaq bu prosesdə hər hansı bir cəmiyyətlə dar mənada isə hər hansı bir qurupla bütünləşir. Böyüməkdə olan uşaq ətrafındakı insanların təsiri nəticəsində, onların hərəkətlərinə oxşar hərəkətləri daha da inkişaf etdirir. Bunun nəticəsində təkcə özlərinə xas xüsusiyyətləri olan insanlar əvəzinə cəmiyyətin üzvü olan, bir-birindən fərqli xüsusiyyətləri, xarakteri olduğu kimi, bir-birinə çox oxşar cəhətləri olan insan qurupları əmələ gəlir.

Sosial psixoloqları hələ qədim zamanlardan bu yana belə bir sual maraqlandırmışdır: necə olur ki, insanlar özlərinə məxsus fərqli xarakterləri və müxtəlif hissləri olmağına baxmayaraq oxşar davranışları icra etməklə bir sosial mühit qura bilirlər? Əsasən XIX əsrdə bu sualın cavabı sosial fəlsəfədə axtarılmağına baxmayaraq bu gün həmin suala cavab verə bilmək üçün sosiallaşma prosesi incələnməkdədir. İnsan sosiallaşarkən sosial təsirə məruz qalır. Sosial təsir insan və qruplar arasında bu təsirə qoşulanların davranışını dəyişdirən hər hansı bir əlaqəyə verilən addır. Uşaq sosial təsir yolu ilə qrup mədəniyyətini qazanır. İnsanlar sosial təsir nəticəsində içində olduğları vəziyyətə uyğunlaşırlar. İnsanın sosiallaşması çox çətin bir prosesdir. İnsan, ətrafında olanların, hər gün rastlaşdığı saysız hadisələrin və insanların, adət-ənənə və qanunların, ətraf mühitdə baş verən müxtəlif dəyişikliklərin və saymaqla bitməyən bir çox hadisələrin təsirindədir. Bu hadisələrin qarışıq təsiri nəticəsində insan bir şəxsiyyət kimi formalaşır,sosiallaşır.

Ruslan Kamilov, Naxçıvan Müəllimlər İnstitutunda “Mənəviyyat diskusia klubu”nun aparıcısı.

Bir uşağın sosiallaşması üçün üç önəmli şərt mövcuddur.

  1. Sosiallaşma üçün hər hansı bir cəmiyyətin varlığı, mövcudluğu lazımdır.
  2. Uşağın lazım olan səviyyədə psixoloji əlamətlərə sahib olması lazımdır.
  3. Uşağın digər insanlarla sosial münasibət qurmaq ehtiyacı hiss etməsi lazımdır.

Sosiallaşmanın iki növü var: uğurlu və uğursuz sosiallaşma. Uğurlu sosiallaşma-həm şəkilləndirici həm də yaradıcı bir prosesdir.Yəni ilk əvvəl uğurlu sosiallaşma uşağı cəmiyyətin istədiyi yöndə şəkilləndirir, daha sonra isə ondan, cəmiyyətə xeyir verən, onun mənafeyini qoruyan bir şəxsiyyət yaradır.

Uğursuz sosiallaşma-mənfi davranışların qazanılmaslna səbəb olur. Bəzən uşaqlar onları əhatə edən mikro mühitin mənfi təsirlərinə məruz qalır və cəmiyyət tərəfindən qəbul edilməyən davranışlara yiyələnir.

Sosiallaşma cəmiyyəti təşkil edən insanların müəyyən rollara yiyəllənməsini təmin edir. Bu sosial rollar isə insanlarda müəyyən davranış normalarının formalaşdırılmasını tələb edir. Cəmiyyəti təşkil edən insanların sosial rollarının əsasını onların cinsi rolları meydana gətirir. Yəni insanlar əsas olaraq mənsub olduqları cinsin rollarını mənimsənməyə çalışırlar ki, bu prosesdə adətən kiçik yaşlarından ailədən başlayır. Ailədə valideynlər qızlara qadına məxsus, oğlanlara isə kişiyə məxsus sosial rolları mənimsətməyə çalışırlar. Əgər bu proses ailədə gərəkli səviyyədə həyata keçirilərsə onda uşaqlar sosial həyata normal, öz rollarını mənimsəmiş insanlar olaraq daxil olarlar. Əks halda isə uşaqların davranışaları ilə cəmiyyətin istəyi üst-üstə düşməz. Çox vaxt əks cinsin xarakter xüsusiyyətlərinə uyğun olaraq sosiallaşdırılan, tərbiyə edilənoğlan və qızlarda feminizasiya və maskulinizasiya keyfiyyətləri fotrmalaşır. Feminizasiya və maskulinizasiya halları cəmiyyətdə ta qədim dövrlərdən özünü göstərsə də, bir elmi fakt kimi əsasən XIX yüzilliyin sonlarından araşdırılmağa başlamışdır. Latın dilində “feminizasiya” – oğlanlarda qıza məxsus keyfiyyətlərin, “maskulinizasiya” isə qızlarda oğlanlara xas keyfiyyətlərin formalaşmasıdır.

Hələ qədim zamanlardan cinsi tərbiyə cəmiyyətin tələblərindən aslı olaraq formalaşmışdır. Ailədəki cinsi tərbiyə həm ailənin, həm də cəmiyyətin tələblərinə uyğunlaşdırılmışdır. Pedaqoji fikir tarixində də bu fikirə bir mənalı münasibət olmamışdır. Alimlər arasında bu problemlər ətrafında daim fikir ayrılığı olmuşdur. Bu fikir ayrılığını başlıca olaraq iki qrupa ayırmaq olar. Birinci qrupun tərəfdarları cinsi tərbiyəyə o qədər də əhəmiyyət verməməyi, cinslər arası fərqləri o qədər də şişirtməməyi tövsiyyə edir, bildirirlər ki, qadın və kişilər arasında fəaliyyət sahəsində fərq qoymaq düzgün deyil. Fəaliyyət sahələrinin də cinsi fərqlər baxımından bölünməsi düzgün deyil. Yeniyetmə oğlan özünə qulluq etməyi, paltarını səliqəyə salmağı, özünə yemək hazırlamğı, qopmuş düyməni, paltarının sökülmüş yerini tikməyi bacarmalıdır. Qızlar xarab olmuş ütünü təmir etməyi, divara mıx vurmağı və s. kimi ”oğlan” işlərini bacarmalıdır. Deməli, fəaliyyət sahəsində kəskin cinsi fərqlərin qoyulması zərərlidir.

İkinci qrupun nümayəndələri isə cəmiyyətdə “feminizasiyalaşma” getdiyini göstərir, fəaliyyət sahəsində kəskin fərqlər qoyulmasını düzgün sayırlar. Oğlanlar sırf kişi, qızlar isə sırf qadın işlərini öyrənməlidirlər. Oğlanlar əsil kişi kimi cəngavər təbiətli, zəiflərə kömək etməyi, özünü və başqalarını qorumağı bacarmalıdır. Qızlar isə zərif, qayğıkeş, başqalarının qulluğunda olmağı bacarmalıdırlar.

Ailə tərbiyəsində də bir çox hallarda yuxarıda deyilən kimi ya tamamilə əks qütblərə ayırma, yaxud da bu fərqlə tamamilə biganə yanaşma əsasında qurulur. Ya oğlanın qızla, qızın oğlanla əlbir fəaliyyəti qadağan olunur, əks cins haqqında düşmən obrazı yaradılır, yaxuda oğlan qız təbiətli, qız oğlan təbiətli böyüdülür. Bu hallar hər cins üçün sosiallaşma baxımından eyni dərəcədə zərərlidir. Birinci halda ailə həyatına hazırlıq, qarşılıqlı güzəşt, hörmət yox olur, ikinci halda hər iki cinsin özünəməxsusluğu itir.

Oğlan və qızların sosial mühitdə gərəkli şəkildə uyğunlaşması üçün onların cinsi tərbiyəsində ailənin, daha dəqiq desək, valideyinlərin onlara münasibətləri vacib şərtlərdəndir. Azərbaycanlı ailəsi çoxuşaqlı ailələrdən hesab olunur. Xarici ölkə alimlərinin (Sirs və b.) apardıqları tədqiqatların nəticələri göstərər ki, inkişaf etmiş ölkələrdə valideyinlər qız uşaqlarına daha çox üstünlük verirlər. Heç olmasa iki övladının qız olmasını arzulayırlar. Bəs,azərbaycanlı ailələrdə vəziyyət necədir? Bu baxımdan aparılan tədqiqtların nəticəsi göstərir ki, uşağın oğlan və ya qız olmasına münasibətdə valideyinlər arasında fərq özünün əksini tapır. Analar atalara nisbətən qız uşağına üstünlük verirlər. Təbii ki, oğlan və qızlara valideynlərin belə ikili münasibəti ailə tərbiyəsində, o cümlədən cinsi tərbiyədə öz əksini tapır. Bunun nəticəsi olaraq valideynlər bu və ya digər cinsə üstünlük verir, tutaq ki oğlan uşağı istəyirlər. Belə halda oğlan uşağı əzizlənir, nəticədə oğlan uşağı həddən artıq tələbkar, eqoist, aqresiv olur, yaxuda müti, qorxaq, ”qız kimi” tərbiyələnirlər ki, bunun hər ikisi eyni dərəcədə zərərlidir. Bəzən isə oğlan arzulayan valideynlərin qızı olur. Həmin qız oğlan kimi geyindirilir, ona oğlana xas olan keyfiyyətlər aşılanır. Bu hal isə psixoloji cəhətdən yararsızdır. Valideynlər ilk zamanlarda belə halların psixoloji nəticələrini aydın dərk etmirlər. Elə fikirləşirlər ki, uşaq böyüdükcə özü anlayacaq ki, o artıq uşaq deyil, daha oğlan kimi davranmamalıdır. Lakin sonralar uşaqlıqdan özünü qız kimi aparmağı öyrənən oğlan uşaqları yeniyetməlik illərində və sonralar gərəkli olan sosial rollarını çətinliklə öyrənir, yaxud da öyrənə bilmirlər.

Cinsi tərbiyə sahəsində özünü göstərən cəhətlərdən biridə milli xüsusiyyətlərlə bağlıdır. Təbii ki, hər xalqın özünə xas olan cəhətləri tərbiyə prosesində də öz əksini tapır. Bu cinsi tərbiyəyə də aiddir. Müxtəlif xalqlar qadınlarda hansısa keyfiyyətləri, kişilərdə də hansısa keyfiyyətləri məqbul sayır, hansılarısa inkar edir. Bir xalqın bəyəndiyi keyfiyyət digər xalq üçün qəribə görünür. Azərbaycan ailələrində də belə xüsusiyyətlər var ki, nəsildən-nəsilə ötürlərək davam edir. Ailə içində qız və oğlan uşaqlarına fərqli şəkildə davranılır. Məsələn, ata və analar kiçik yaşlarından etibarən oğlan uşaqlarına qız uşaqlarından daha çox müstəqillik verirlər. Valdeyinlər oğlan uşaqlarında daha iddialı, dediyini etdirən, sərt, hətta aqresiv davranışlar görmək istəyirlər. Qız uşaqlarını isə itaət edən, yumuşaq olmalarını, ətrafdakı böyüklərin istəyinə uyğun davranmalarını arzu edirlər. Beləliklə, uşaqlar dörd yaşında ikən oğlan və ya qız olması ilə əlaqədar məlumata sahib olurlar. Uşaqlar əldə etdiyi məlumatlar nəticəsində rollarını mənimsəyirlər və bunları şəxsiyyətlərinin levi prosesi halına gətirirlər. Ailənin iqtisadi vəziyyəti və təhsili yüksəldikcə hər iki cinsdə uşağa bərabər səviyyədə təhsil vermək imkanı artmaqdadır. Yoxsul ailələr məhdud iqtisadi imkanlarını ilk əvvəl oğlan uşaqları üçün sərf edirlər. Məktəbdə müəllimlərin davranışları, dərs kitablarındakı kişi və qadın rolları haqqındakı nümunələr uşaqlarda cinsi rolların mənimsənilməsini daha da artırır.

Cinsi fərqlər peşə seçimində də özünü göstərir. Məsələn, oğlan uşaqları daha çox riyaziyyat, iqtisadiyyat, fizikaya maraq hiss edirlər. Qızlar isə dil-ədəbiyyat, sosial işlər, müəllimlik peşəsi ilə daha çox maraqlanırlar. Qızlar daha çox oturaq iş, səyahəti olmayan, məsuliyyəti az olan peşələri seçirlər və ailənin gəlirində birinci dərəcəli məsuliyyət daşımadıqları üçün qazanca çox da əhəmiyyət vermirlər. Bunun əksinə oğlanlar yaxşı gəliri olan, riskli və yüksəliş üçün şərati olan məsləklərə yönəlirlər. İşləri planlaşdırma, başqalarını idarə etmə, iqtidar və məsuliyyət sahibi olma, başqaları ilə yarışma oğlan uşaqlarında müşahidə edilən başlıca peşə keyfiyyətləridir. Günümüzdə ev işləri daha çox maşınlar vasistəsilə həyata keçirildiyindən, müəyyən yaşdan sonra uşağın baxımı və tərbiyəsi bu sahədə mütəxəssislər tərəfindən aparıldığından qadının iş yükü azalmış və boş zamanı artmışdır. Belə vəziyyətdə qadınların sosial rolları daha da artmışdır. Bu isə gələcəkdə qız uşaqlarının cəmiyyətin sosial həyatında aktiv rol oynayacaq, cəmiyyət üçün faydalı vətəndaşlar olacaq şəkildə formalaşdırılmasını tələb edir.

Ruslan Kamilov
Naxçıvan Müəllimlər İnstitutunda
“Mənəviyyat diskusia klubu”nun aparıcısı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər