Uşaqlarda tiklər

Tiklər uşaqlarda tez-tez rast gəlinən nevroloji dəyişikliklərdən biri olub, mürəkkəb hərəki pozğunluqları özündə birləşdirir və çox vaxt psixi xəstəliklə birlikdə rast gəlinir. Xarici ədəbiyyatda bütün təkrarlanan stereotip vərdişlər tikə aid olunur. Yerli nevrologiya və psixiatriyada isə stereotiplər tiklə əlaqəli olmayaraq ayrı qiymətləndirilir və hərəki pozğunluq hesab olunur. Tiklər təkrar miqrasiyalı hərəkət olub aqonist və antoqanist eninəzolaqlı əzələlərin eyni vaxtda aktivləşməsi ilə təzahür edən qeyri-iradi, qəfləti xarakterli, variasiyalı hərəkətlərdir. Tikin qarşısının şüurlu surətdə alınması pis hissiyat yaradır və onun daha da sürətlənməsinə səbəb olur. Tik haqqında ilk tibbi təsvir XIX əsrin əvvəlinə aiddir. Belə ki bu vaxt Bouteille “üz qrimasları”nı xoreyadan ayırmış və onları “yalançı xoreya” adlandırmışdır. Qədim alman dilində “tiklər” qəfləti qeyri-adi möcüzə mənasını verir. Tikin öyrənilməsində əsas mərhələ “sindrom de la Touretta”nın təsviri ilə başlamışdır və haloperidolun terapevtik effektinin kəşf olunması ilə başa çatmışdır.

Komorbid vəziyyət: tiklər obsessiya və kompulsiya kimi davranış pozğunluqları ilə sıx əlaqəlidir. Tiki olan uşaqlar arasında çox vaxt diqqətin defisiti ilə hiperaktivlik sindromu və obsessiv-kompulsiv pozğunluq müşahidə olunur.Tik olan uşaqlarda rituallıq, maneralılıq, stereotiplilik meydana çıxır. Müasir dövrdə təsdiq olunub ki, bu simptomlar bir patologiyanın alternativ təsdiqidir. Belə pozğunluqlar assosiasiyası “Komorbid vəziyyət” adlanır. Bunlar aşağıdakılardan ibarətdir:

  1. Obsessiv-kompulsiv pozğunluq
  2. Diqqətin defisiti ilə hiperaktivlik sindromu
  3. Məktəb dezadaptasiyası
  4. Depressiya
  5. Təşvişli-həyəcan pozuntusu
  6. Autizm
  7. Qida davranışı ilə əlaqəli rituallar
  8. Yuyunma prosedurları (saçın, əlin)
  9. Saçın tez-tez düzəldilməsi və yaxud ələ dolanması, geyimin ətəyinin dartılması, dırnaq yeyilməsi və s.
  10. ”Deja vu” – “jamais vu” hissi
  11. Aqressiya və autoaqressiya elementləri

Etiologiyası indiyənədək məlum deyil. Müasir dövrdə tiklər barədə aşağıdakı nəzəriyyələr var:

1. Psixoloji nəzəriyyə:

  • Stress nəzəriyyəsi
  • Psixodinamika nəzəriyyəsi – tiklər hiperaktiv uşaqların inkişafında normal mərhələdir. Buna görə də müalicə tələb etmir.
  • Trigger nəzəriyyəsi – tiklər şəxsiyyətin obsessiv-kompulsiv pozğunluğunun inkişafında etapdır. Hər bir halda patoloji vəziyyətdir.

2. Bioloji nəzəriyyə:

  • Baş beynin ocaqlı zədələnməsi-orqanik (alın payının motor və premotor payının bazal qanqlyaların, talamusun zədələnməsi)
  • Funksional – ağır üzvi dəyişiklik yoxdur. Belə ki, perinatal dövrdə hipoksik-işemik zədələnmə olur, kliniki şəklində astenik əlamətlər özünü göstərir.
  • Neyromediatrların disbalansı.
  • İrsi səbəb

3. Kəskin respirator xəstəlik və streptokokk infeksiyası ilə təkan verilən autoimmun pozğunluğu – dofaminergik neyronların A qrupundan olan hemolitik streptokokkların antigenləri ilə genetik uyğunluğu həmin mikrobla kontaktda olduqdan sonra xəstəliyin baş verməsinə səbəb olur.

4. Hibrid nəzəriyyəsi (Psixobioloji) – psixotravmatik faktor vəziyyətin dekompensasiyasını yaradır, tiklərin meydana çıxması bioloji əsasda baş verir

Müalicə prosesi dərman müdaxiləsi və psixoterapiya ilə paralel aparılır.

Nərmin Quliyeva

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər