Monika Belluçinin 7 günlük pəhrizi

Cazibədarlığının sirri onun həyat tərzi ilə bağlıdır

Məşhur aktrisa Monika Belluççi istedadı ilə yanaşı gözəlliyi ilə də valeh edir. Onun dediyinə görə, gözəl olmaq və gözəlliyini qorumaq üçün o, heç bir estetik əməlliyat etməyib.

Monikanın bədən quruluşu qüsursuzdur. 46 yaşlı Monika Belluççinin həqiqətən dəçəkisi 64 kq., boyu isə 178 sm. Bədəninin parametri 92-61- 91-dir.

Gözəl aktrisa etiraf edir ki, onun cazibədarlığının sirri onun həyat tərzi ilə bağlıdır. O, özünü fiziki məşğələlərlə yükləmir və uzun müddət ac saxlayan pəhrizlər də saxlamır.

Monika idman zalına getməyi sevmir. Çəkilişlərə görə onun buna vaxtı da qalmır. Belə ki, adətən çəkilişlər səhər saat 6-dan başlayır və gecəyə qədər davam edir. Ona görə də səhər saat 5-də yuxudan oyanıb fitness zalına getmək üçün aktrisanın nə halı, nə də vaxtı olur.

M.Belluççi hesab edir ki, ən yaxşı pəhriz italyan mətbəxidir. Lakin bu qidaları həddindən çox qəbul etmək olmaz. Monika Belluççinin seçdiyi məşhur 7 günlük pəhrizə italiya “spagetti”si də daxildir. Bu pəhrizi saxlayarkən Monika tərəvəz, yağsız balıq və ət də yeyir.

Pəhrizin menyusu:

Bazar ertəsi

Səhər yeməyi – 1 fincan qəhvə, 2 orta ölçüdə olan, üzərinə bir çay qaşığı cem əlavə olunmuş peçenye.
Nahar yeməyi – zeytun yağı əlavə olunmuş tərəvəzlərdən salat, 150 qram.
Şam yeməyi – sürtgəcdən keçirilmiş pendirlər, “spagetti”, tərəvəz və meyvələr.

Çərşənbə axşamı

Səhər yeməyi – kiçik doğranmış meyvələrlə yoqurt.
Nahar yeməyi – 1 yumurta sarısı və 3 yumurtanın ağı.
Şam yeməyi – 120 qram yağsız, suda qaynadılmış ət, tərəvəzli salat və meyvələr.

Çərşənbə

Səhər yeməyi – 1 fincan limonlu çay, 2 yağsız qızardılmış çörək və meyvələr.
Nahar yeməyi – zeytun yağı əlavə olunmuş göyərtili soyutma kartof, yağsız pendir.
Şam yeməyi – pomidor və göyərti ilə “spagetti”, meyvələr.

Cümə axşamı

Səhər yeməyi – 1 qaşıq qarğıdalı əlavə olunmuş yağsız yoqurt.
Nahar yeməyi – 50 qram düyü, 100 qram suda bişirilmiş dana əti və buğda bişirilmiş tərəvəz, giləmeyvə.
Şam yeməyi – 50 qram suda bişirilmiş balıq, tərəvəzli salat, üzüm.

Cümə

Səhər yeməyi – yağsız qızardılmış çörəklə yeni çəkilmiş şirə.
Nahar yeməyi – göyərti ilə “spagetti”, bir neçə dilim ananas.
Şam yeməyi – soğan, göyərti və yumurta əlavə olunmuş lobyalı salat, meyvələr.

Şənbə və bazar günü

Bu istirahət günlərində isə istədiyiniz günün menyusunu təkrarlaya bilərsiniz. Lakin M.Belluççi deyir ki, gözəl görsənmək üçün pəhriz saxlamaq kifayət etmir. Eyni zamanda xanım geyimi düzgün seçməli və qüsurlarını geyim vasitəsilə gizlətməyi bacarmalıdır.

Monika etiraf edir ki, adətən o, qara rəngdə olan geyimlərə üstünlük verir. Bu ona bədənindəki qüsurları gizlətməyə kömək edir.

Son müsahibələrinin birində isə Monika bildirib ki, onu gözəl və cazibədar edən yaxşı əhvalda olmasıdır: “Əgər qadın özünü pis hiss edirsə, o, gözəl görünə bilməyəcək”.

Unutmayın ki, yaxşı əhval və pozitiv DÜŞÜNCƏ tərzi xanımı daha gözəl edir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər