Autizm günü

2 APREL ÜMUMDÜNYA AUTIZMI MƏLUMATLANDIRMA GÜNÜDÜR.

XXI əsrin psixoloji problemi olan “Autizm” qlobal olduğu kimi, ölkəmizdə də həlli vacib problem sayılır. Mütəxəssislərin fikrincə, autik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar. Belə uşaqların böyüyəndən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur. Əgər terapiya erkən yaşda başlanırsa, o yaxşı effekti verə bilər. Aparılan tədqiqatlar göstərir ki, belə uşaqlarla valideynlər düzgün məşğul ola bilmirlər. Onlar ya peşəkarların proqramlarından istifadə etməli, ya da övladlarını peşəkarların öhdəsinə verməlidirlər. Bu zaman onların içində olan istedad üzə çıxacaq və onlar da başqa uşaqlara qoşulmaqdan artıq utanmayacaqlar.

Bəzən valideyinlər bu uşaqlara əsəbləşir, hətta onları cəzalandırır, qəsdən belə etdiyini düşünür, yaxud o dərk etmədiyini düşünərək onları oxşamır və xoş sözlər demir. Əslində isə bu belə deyil. Autik uşaqlar ana sevgisinə, nəvazişinə, diqqətinə normal uşaqdan daha çox ehtiyac duyurlar, lakin onlar bunu büruzə verməyi bacarmırlar. Onlar analarından hər zaman bütün xüsusiyyətlərinə görə səbr və məhəbbət umurlar. Bu uşaqların terapiyasında anaların rolu çox böyükdür. Məsələn, uşağı çağırarkən baxmır, lakin ana onu min bir metodlarla buna həvəsləndirməyi bacarmalıdır. Səbirlə edilərkən nəticəsi uğurla sona yetir, artıq çağırarkən uşaq baxır, hər hansı bir göstərilən əşyaya diqqət edir.

Autizmin simptomları:

  • Uşağı adıyla belə cağırırlar, lakin cavab vermir. Bu onun diqqətini qətiyyən çəkmir.
  • Nə istədiyini deməkdə çətinlik çəkir, bəzən başa sala bilmədiyi üçün hirsindən ağlayır.
  • Danışıq inkişafı geridə qalırsa, sözləri tələffüz edə bilmir.
  • Böyüklərin heç bir göstərişini izləmir, diqqət vermir, heç nə öyrənmək istəmir.
  • Anaya tualet istədiyini demir, yüngül, ağır işlərini şalvarına edir. Xüsusən, 1 – yaşında olarkən etməli olduğu heç bir hərəkəti etmir (Əl-qol atmaq, anaya qol açmaq.)
  • Belə uşaqlar tək oynamağı sevir, uşaqlardan qorxur.
  • Bəzən öz-özünə əzab verirlər, əllərini bilərəkdən kəsirlər, ayaqlarını cızırlar. Çünki onlar ağrı hiss etmirlər.

Diqqət! Əgər uşaqlarınızda, yaxınlarınızın uşaqlarında bu xüsusiyyətləri görürsüzsə, dərhal həkimə müraciət etməyimiz məsləhətdir.

Bir necə il bundan əvvəl autizm dedikdə hər kəs təəccüblə soruşurdu: “Bu necə xəstəlikdir? Bu gün isə bu sözün mənası və bu durumda olan uşaqlara münasibət artıq formalaşıb. Son 2 ildə ölkəmizdə bu sahədə aparılan marifləndirmə işini qənaətbəxş hesab etmək olar. Xüsusən, “Narınc Uşaq Psixologiya Mərkəzi”nin autizm uşaqlarla apardığı iş, bu istiqamətdə tətbiq etdiyi proqramlar balalarımızın sağlam şəkildə cəmiyyətə qayıtmasında mühüm əhəmiyyət kəsb edib. Bundan başqa “Narınc Uşaq Psixologiya Mərkəzi”ndə uşaq aqressivliyi, bacı qardaş qısqanclığı, əqli gerilik, autizm, inkşafda ləngimə, nitq qüsurları, pis vərdişlər, təlimdən geri qalma kimi problemlərin aradan qaldırılması istiqamətində iş aparılır. Mərkəzdə valideyin övlad münasibətlərindəki problemlər, məktəbə hazırlıq, rəqs, şaxmat, məntiq, dil kursları və s. kimi xidmətlər təklif edilir. Narınc uşaq psixologiya mərkəzində eyni zamanda yeniyetmələrin və valideyinlərin rastlaşdığı psixoloji problemlər diaqnozlaşdırılır və korreksiya edilir.

Qeyd edək ki, 02.04.2014-cü il tarixdə “Narınc Uşaq Psixologiya Mərkəzi”nin Nizami filialı istifadəyə verildi. Yuxarıda qeyd etdiyimiz xidmətlər “Narınc Uşaq Psixologiya Mərkəzi”nin digər filialları kimi yeni istifadəyə verilən Nizami filialında da mövcuddur.

Ünvan: Nizami rayonu (Qara Qarayev küç. 57/59. Xalqlar Dostluğu metrosunun yanı)

Əlaqə telefonları: 012 480-47-81, mobil 055 258-27-00

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər