Kastrasiya (cinsiyyət orqanlarını itirmə qorxusu) kompleksi
Psixologiyada oğlan uşaqlarının cinsiyyət orqanlarını itirəcəyi qorxusu 2-9 yaş arası oğlan uşaqlarında daha çox rast gəlinir .
Bu dövr oğlan uşaqlarının cinsiyyət orqanları ilə daha yeni tanış olduğu dövr olduğundan sünnət hadisəsi, eyni zamanda sünnətlə əlaqədar deyilən – əslində isə uşağı qorxu altına salan –zarafatlar (sünnətçi kökündən kəsəcək) uşağda cinsiyyət orqanlarını itirəcəyi qorxusuna yol aça bilir.
Bunun səbəblərindən biri də Edip kompleksi hesab edilir. Ancaq buna daha çox təsir göstərən sünnət sünnət hesab olunur.
Son araşdırmalara görə bu kompleks özbaşına ortaya çıxmayan bir vəziyyətdir. Buna ictimai quruluşun təsiri çox böyükdür. Qızların daha aşağı görüldüyü cəmiyyətlərdə yetişdirilən uşaqlarda daha çox rast gəlinir. Freydə görə qızlarda penis olmadığının fərqinə varan oğlan, əgər cinayət törədərlərsə özünün də cəzalandırılacağını və penisini itirəcəyini düşünə bilər. Çünki öz yaşıdları arasında penisi olmayanlar(qızlar) vardır və daha cinsiyyətlər arasındakı fərqliliyi dərk edə bilmir . Üstəlik cəmiyyətdə penis sahibi olmaq seçilən bir vəziyyətdir. Buna görə uşaq sevdiyi bir şeyi itirmə qorxusuna qapıla bilər. Ata penis sahibidir və uşağa görə ailə və ana üzərində səlahiyyət sahibidir. Anaya Edip kompleksi sayəsində hisslər bəsləyən uşaq yavaş-yavaş atasının ona cəza verəcəyi qorxusunu üzərindən atar və ataya etiraz edər. Onun kimi penisi sayəsində güc sahibi olmaq istər. Problem zamanında həll edilmədiyi təqdirdə irəlidə psixoloji problemlərə yol aça bilər.
Freydə görə qızların xədim edilmə qorxuları, kastrasyon kompleksləri olmadığı üçün, onlar oğlanlardan fərqli davranış göstərirlər. Onları səhv etməkdən saxlayacaq bir qorxuları yoxdur, bu səbəbdən hər cür pisliyi edə bilərlər. Hətta penis itirmə qorxuları olmadığı kimi tam tərsinə bir penisin əskikliyini hiss edərlər, penis qısqanclığı göstərərlər və bunun üçün əvvəl analarını günahlandırırlar, sonra ataya maraq göstərməyə başlayırlar. Gələcək həyatlarında da penis sahibi ola bilmək üçün çalışırlar. Hətta bəzi araşdırmacılar oğlan analarının uşaqlarına duyduqları həddindən artıq sevgini penis qısqanclığı ilə izah edir.
Kastrasya kompleksi yalnız kişilərdə deyil qadınlarda da mövcud olan bir vəziyyətdir. Uşaqların hələ üst beyinlərinin inkişafının tamamlanmadığı dövrdə cinsiyyətlər araındakı fərqi ayırd edə bilmədiklərindən, bir qız uşağının bu mərhələdə hər hansı bir kişidə penis olduğunu görməsi özündə mövcud olan penisin kəsildiyi düşüncəsini alt beyinə yerləşdirəcək. Bunun nəticəsində də kastrasya kompleksi meydana gələcək və qadının gələcəkdə vaginal orgazm olması çətinləşəcək.
Kastrasya kompleksi orqanlarını kəşf etməyə(cinsiyyətlər arasındakı fərqi ayırd etməyə başladıqda) başlayan bütün uşaqlarda ortaya çıxa bilər amma kişilər bu mövzuda daha çox təsirlənən seqmentdir. Bəlkə qız uşaqlarının sinələri daha erkən inkişaf etmiş olsaydı onlarda da eyni çətinlik yaşaya bilərdilər.
Nigar Ağabalayeva