1 aprel “Gülüş günü”

Milli.az saytının məlumatına görə, “Gülüş günü” yaxud “Axmaq günü” kimi adlandırılan bu bayram çox insanlar tərəfindən keçirilsə də təqvimdə göstərilən bayramlar sırasına əlavə edilmir.

1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – bbirlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri “1 aprel axmaqları” adlandırdılar.

Bir çoxları isə bu bayramı Qədim Roma tarixi ilə bağlayır, hansı ki, 17 fevral “Səfehlər bayramı” kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrinə görə bu ənənə Qədim Hindistanda meydana gəlmişdi, 31 mart onlarda “Gülüş günü” kimi keçirilir.

Gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Beləcə uzun əsrlərin keçməsindən sonra dünyanın bütün ölkələrində 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək mümkündür.

Azərbaycanda da 1 aprel əksər insanlar tərəfindən Gülüş günü kimi qəbul olunur.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər