Kübar cəmiyyət “Armani”dən geyimə üstünlük verir

Sadə qara paltarda da zərif və gözəl görünmək olar

Corcio Armani

UŞAQLIĞI

Ən böyük dəb evlərindən birinin prezidenti olan modelyer-dizayner Corcio Armani, dəb ölkəsi sayılan İtaliyada doğulub.

Uşaqlıqdan Corcionun arzusu həkim olmaq idi. Amma tibb universitetində təxminən iki il oxuyub qana öyrəşə bilməyən Armani təhsilini yarımçıq qoyub hərbi xidmətə gedir.

Əlavə qazanc tapmaq istəyən Armani təsadüf nəticəsində Milanda “La Rinescente” univermağının vitrinlərinin tərtibatçısı vəzifəsinə təyin olundu.

ULDUZ YOLU

Xoşbəxtlikdən 1964-cü ildə Armani məşhur modelyerin köməkçisi olur və 6 il ona Hitmanın məşhur kolleksiyasını yaratmağa kömək edir. Bu iş C.Armanini “Fashion world”-də tanıtdı. Armaniya işində anasından miras qalmış gözəl zövq, inadkarlıq və sahibkarlıq hissi kömək edirdi.

1970-ci ildən Armani İtaliyanın dəbdə olan bir neçə evi üçün yeni geyim modellərini yaradır və 1974-cü ildə Armaninin birinci kolleksiyasının nümayişi baş tutur. Kolleksiyadakı kişi geyimləri dəb dünyasında böyük marağa səbəb oldu.

Artıq növbəti il o, dəb dünyasına qadın kolleksiyasını təqdim etdi. Beləliklə, dostu Sercio Qaleotti ilə birlikdə köhnə “Folksvaqenin” satışından əldə etdikləri pul sayəsində onlar indi ildə təxminən 850 milyard dollar qazanan ən böyük imperiyanı yaratdılar. Dünyada iki min mağazaya malik imperiya yalnız kişi geyimləri təklif etmir: ətriyyat şirkəti “L’Oreal”la bağlanan müqaviləyə əsasən “Armani” məşhur kosmetika və ətriyyat, ayaqqabı, idman geyimi, çantalar, interyerin predmetləri, gün eynəkləri, paltar istehsal edir.

Qeyd edək ki, modelyerlə işləyən insanlar iddia ediblər ki, onun əlləri sehirlidir. Modelyer özü də bunu inkar etməyib. Armani, deyib ki, o, parçalara toxunduqda onun əllərində enerji cəmləşir. Və ən yaxşı parçaları dərhal hiss edir. Sonra öz işinin ustası kimi manekenlərin bədəninin ətrafında bu parçalara forma verir. Bunu o, “dünyanın ən hissiyyatlı məşğuliyyətindən biri” adlandırıb.

Kübar cəmiyyət həmişə “Armani”dən geyimə üstünlük verirdi və bu günə kimi onun kolleksiyalarından nəinki nümayişlərdə və qırmızı xalça mərasimlərində, hətta gündəlik həyatda da istifadə olunur.

Fikir vermisinizsə “Oskarda” kişi geyimlərinin 90 faizi Armanidəndir. Kolleksiyalarda qadın geyimləri az olsa da, ən məşhur xanımlar bu geyimlərdən yan keçə bilməyiblər. Misal üçün, Sofi Loren, Fey Danauey, Monika Belluççi, Mişel Pfayffer, Qvinet Peltrou və Liv Tayler. Nəzərinizə çatdıraq ki, Liv Tayler karyerasının zirvəsinə məhz “Armani”dən olan donun çiyinbağısının gözəl tərzdə düşməsi sayəsində yüksəldi.

ARMANİNİN TƏRZİ

Armaninin fərqli geyim tərzi var. O, hər zaman ən optimal üsullara əl ataraq qadınların istəyinə cavab verib, kübarlıq və incəliyi, sadəlik və rahatlığı birləşdirərək qadınlar üçün gözəl geyimlər hazırlayıb.

“Sadə qara paltarda da zərif, gözəl görünmək olar. Şərt deyil ki, əyninə qeyri-adi bir şey keçirdəsən”, – deyə Armani xanımlara məsləhət görüb.

“Armani”nin geyimlərində aksesuarlardan, daş-qaşlardan istifadəyə üstünlük verilmir. Geyimlərdə artıq heç nəyə yol verilmir. Halbuki, qadınlar geyimlərdə olan əlavə bəzəklərə, aksesuarlara çox öyrəşiblər. Buna baxmayaraq, Armani özünün sadəlik və zəriflik meyarlarına sadiq qalaraq öz işlərində daim yeniliklər edib.

Onun kolleksiyalarında çəhrayı, qırmızı (gecə geyimləri istisnadır) rəngə rast gəlmək olmaz. Ona görə ki, o, daha çox qara, ağ, tünd göy, boz və bej rənglərindən istifadə edib.

Qeyd edək ki, “Armani”nin kolleksiyaları tez-tez yenilənir. “Armani Collezioni”, “Armani Neve”, “Giorgio Armani”, “Armani USA”, “Emporio Armani”, “Armani Exchange”, “Armani Jeans”, “Armani Junior”, “Armani Golf” kompaniyaları onun geyim, ayaqqabı, aksesuarlar, xırdavatlar, ətirlər, saatlar, gün və optik eynəklər, kosmetik vasitələr sahəsində yaratdığı uğurlu brendlərindəndir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər