Dəblə ayaqlaş

Əfsanəvi modelyer Kristian Dior

Çoxlarının sevdiyi məşhur Kristian Dior brendini tanımayan adam demək olar ki, yoxdur. Belə ki, bu brendin məhsullarının reklamları bir çox jurnalların üzünü, internet səhifələrini, mağazaların vitrinlərini bəzəyir. Kristian Dior brendi televiziya kanallarında da tez-tez reklam olunur, bir sıra dəb verilişlərinin əsas mövzusuna çevrilir. Vaxt gedir… İnsanlar isə bu brendin məhsullarını almaqdan, Kristian Dior dəb evinin yeniliklərini öyrənməkdən yorulmurlar.

Qeyd edək ki, Fransanın məşhur modelyeri Kristian Dior 21 yanvar 1905-ci ildə anadan olub. Balaca Dior uşaqlıqda rəsm çəkməyi sevirdi və gələcəkdə rəssam olmağı arzulayırdı. Lakin valideynləri onun diplomat olmağını istəyirdilər.

Dior da anasının təkidlərini nəzərə alaraq siyasətlə maraqlanmağa cəhd göstərir. Lakin heç nə alınmır. O, beynəlxalq hüquq və coğrafiyanı öyrənmək əvəzinə vaxtını muzeylərdə keçirir, rəssamlığı öyrənir, musiqi ilə maraqlanırdı.

Nəticədə K.Dior öz dostu Jan Bonjak ilə birlikdə 1928-ci ildə rəsm sərgisi açırlar. Sərgidə müxtəlif rəsssamların rəsmləri nümayiş olunurdu. Lakin bu uzun sürmədi. Sərginin keçirilməsini maliyyələşdirən Diorun atası iqtisadi böhran zamanı müflisləşdiyi üçün sərgi bağlanır.

Lakin optimizmi, inadkarlığı və çalışqanlığı hesabına əfsanəvi modelyer məşhur dəb jurnalları üçün rəsmlər çəkməyə başlayır. Rəsmləri ilə məşhurlaşan Dior bir modelyer kimi çalışır. Lakin cəmi bir il işlədikdən sonra onu əsgərliyə çağırırlar və o, işdən çıxmalı olur. Əsgərlikdən qayıdandan sonra isə Dior hər şeyi sıfırdan başlayır. O, yenə də əvvəlki kimi jurnallar üçün rəsmlər çəkir və modelyerlərin yanında işləməyə başlayır. Yalnız 42 yaşında o, özünü modelyer kimi doğrulda bilir.

K.Diorun ilk kolleksiyasının nümayişi Monten prospektində yerləşən villada baş tutub. Kolleksiyanın əsasını belə kip yapışan, sinəni hündür göstərən, çox gen və ya çox dar olan geyimlər təşkil edirdi. “Yeni baxış” adlanan ilk kolleksiya böyük marağa səbəb oldu və sevildi.

Tədricən Diorun adı kübarlığın rəmzinə çevrilir. Lakin buna baxmayaraq Diorun ünvanına çoxlu tənqidlər də səslənirdi. 1947-ci ildə isə Dior yaratdığı kolleksiyalarına görə Oskar alır. Həmin ildən 1957-ci ilə qədər Dior hər il iki müxtəlif kolleksiya hazırlayırdı. Onun kolleksiyalarının təqdimatı əksəriyyət tərəfindən böyük həyacanla qarşılanırdı.

Geyimlə yanaşı Diorun ətirləri də xanımları heyrətləndirirdi. Fransızların ilk sevdiyi ətir “Miss Dior”, daha sonra isə “Diorama” və “Diorissimo” oldu. Dior hesab edirdi ki, onun ətirlərinin qabını açmaq kifayətdir ki, bütün geyim kolleksiyaları və geyindirdiyi hər bir xanımın arzuları canlansın.

Lakin modelyer bütün bu nailiyyətləri ilə kifayətlənmir və Dior Dəb Evi qalstuk, korset, əlcək, çanta və zinət əşyaları istehsal etməyə başlayır. Bununla yanaşı Dior kino dünyası üçün də çalışmağa başlayır. Onun dəb evi müxtəlif filmlərin qəhrəmanları üçün geyim tikirdi. Dəb evinin tikdiyi paltarlarda Marlen Ditrix, Ava Qardner, Oliviya de Hevilend kimi məşhur aktrisalar rol oynayıblar.

Kristian Diorun digər bir bacarığı cavan, işinə yenicə başlayan modelyerlərin gizli istedadlarını görmək idi. O, ilk baxışdan gənc dizaynerin nəyə qadir olduğunu anlayırdı. Dior yalnız gənc istedadları tapmaqla kifayətlənmir, onlara karyerada yüksəlməyə də kömək edirdi. Belə ki, dəb evində Pyer Karden öz ilk kolleksiyasına daxil olan geyimləri tikmişdir. Eləcə də Jan Lui Şerrer, Frederik Kaste da Diorun işinin incəliklərini öyrənirdilər. 1955-ci ildə isə Dior Dəb Evinə İv Sen-Loran adlı tanınmayan bir nəfər gələndə Dior onun istedadlı olduğunu görür və ona kömək edir. Sonradan həmin adam çox məşhurlaşır.

Diorun davamçıları bu gün də modelyerin ən-ənələrini davam edir, onun dəbə baxış tərzinə sadiq qalırlar.

Kristian Diorun möcüzələri

Artıq yarım əsrdir ki, Kristian Dior adı dəbin sinonimi kimi başa düşülür. Hər gün 200-ə yaxın mütəxəssis “Dior Science”-nin xüsusi tədqiqat laboratoriyasında cavanlıq və gözəlliyin sehirli düsturlarını tapmaq üçün çalışırlar.

1947-ci ildə Diorun ilk kolleksiyası təqdim olunub. Elə həmin ildə “Parfums Christian Dior” firmasının əsası qoyulub.

1966-cı ildə Dior ilk kişi parfümünü istehsal edir. “Еаu sauvage” adlanan bu parfüm bu gün də bütün dünyada tanınır.

1985-ci ildə Dior məşhur “Poison” ətrini istehsal edir.

1999-cu ildə isə yaratdığı “Jadore” markası unudulmaz möcüzəyə çevrilir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər