Bunu bilmək vacibdir!

Oğlan uşaqlarını necə tərbiyə edək?

Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur. Onun nəzəriyyəsinə görə homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda guclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Beləki uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər.

Qadın homoseksualizmi isə təbiətdə baş verməyən haldır və yalnız insan təfəkkürünün məhsuludur. Lesbian (qadın homoseksualizmi) münasibətlərinin əsas səbəbi psixoloji travmadır ki, bu da bir çox hallarda hansısa kişi tərəfindən alınıb. Bu bir çox qızların xatırlamaq istəmədikləri seksual təhrik ola bilər.Yəni psixi sfera artıq öz işini görərək baş verənləri şüuraltına ötürmüşdür. Məsələn, mənim təcrübəmdə psixoloji konsultasiya zamanı məlum olmuşdur ki, qızın doqquz yaşı olarkən ona qarşı çinsi zorakılıq baş vermişdir. Onun üçun bu dəhşətli travma olmuş və nəticədə psixi sfera bu hadisənin tam aradan qaldırmışdır. Belə faciəvi təcrübə, qızın heç bir kişi ilə münasibət qura bilməməsi probleminə gətirib çıxarmışdır, hətta onun üçün hər hansı kişi həkimin müayinəsi real problemə çevrilir.

Ümumiyyətlə, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur, amma mən bu məqaləmdə əsas tərəfləri sizin diqqətinizə çatdırmaq istəyirəm: müasir pediatrlar son yarım əsrdə aparılan statistik təhlillərə əsaslanaraq nəticəyə gəliblər ki, əgər qadın hamiləlik dövründə qızılca və ya suçiçəyi xəstəliyinə yoluxmuşsa, onda onun harmonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür.

Belə qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında kişi harmonu olan testestoronun səviyyəsinin əhmiyətli dərəcədə aşağı olması müşahidə olunur ki, bu da qadın təbiətli kişi modelinin formalaşmasına gətirib çıxarır. Öz cinsinə maraq hələ uşaqlıqda özünü büruzə verə bilər. Öz həmcinslərinə meyllilik erkən uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya “nüvə” homoseksualizmi adlandırır. 7-8-yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər keçdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər. Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır. Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini 25-35 yaşa qədər ancaq qadınlar cəlb edir. Yetkin yaşda cinsi orentasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlərdir və ya hansısa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orentasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər.

Uşağın tərbiyəsi zamanı nəyə diqqət vermək lazımdır?

İlk növbədə uşağın unikalığı faktorundan qaçmaq lazımdır. Yəni bir çox analar uşağın bu və ya hansısa istedadını aşkarlayanda onu başqalarından daha fərqli, daha üstün olduğunu düşünüb az qala öz tərifləri ilə onu göylərə qaldırırlar. Və beləliklə analar ilk növbədə öz uşaqlarının ətraf mühitini dəyişməyə çalışıb, onların əvvəllər ünsiyyət qurduğu dairədən ayırmağa başlayırlar.Çünki onların fikrincə böyük istedad sahibi olan uşaqları adi insanlarla ünsiyyət qura bilməz. Nəticə etibarı ilə belə uşaqlar böyüdükdə ancaq özlərinə bənzər insanlarla əlaqə qurmaq, ünsiyyətdə olmağa çalışırlar. Başqa sözlə, özlərinə bənzər surətini axtarmaqla məşğul olurlar. Bu da öz növbəsində çoxzaman uğursuz nəticələrə gətirib çıxarır. Ona görə də uşağınızın necə istedadlı, necə ağıllı olduğunu ön plana çəkərkən, eyni zamanda hər bir insanın təkrar olunmaz və dəyərli olduğunu ona anlatmağa çalışın. Əsas diqqətinizi ailədə olan sevgiyə verin. Bu ailənin və uşaqların tərbiyəsinin özülünü təşkil edir. Ailədə ana öz həyat yoldaşını sevməli, ona hörmət etməlidir. Ata da öz növbəsində eyni şeyləri etməyə borcludur ki, uşaq ailədə olan sevgini görub, hiss etsin. Beləliklə övladınızı qız və ya oğlan olmasından, istedadlı və ya istedadsız olmasından aslı olmayaraq sevmək, qorumaq vacibdir. Övladın öz cinsinə görə sevilməməsi və tez-tez bunun büruzə verilməsi uşaqlar üçün böyük travmadır. Bu əsasən bir çox hallarda qızlara qarşı tətbiq olunur. Belə hallar öz növbəsində qeyri ənənəvi seksual hisslərin yaranmasına bilavastə təsir edir.

Onları necə tanımaq olar?

Belə bir fikir mövcuddur ki, homoseksuallar qadına bənzər, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. Bu əslində yanlış fikirdir. Onların arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyillərinin olması şübhə doğurmaz. Lakin əgər onları “normal kişilərlə” müqayisə etsək görərik ki, homoseksuallar daha səliqəli geyimə üstünlük verirlər, öz xarici görnüşlərinə daha diqqətlə yanaşır və çox gözəl zövqə malik olurlar. Homoseksualların əksəriyyəti yaradıcı sahələrə meyl göstərir. Amma bu o, demək deyil iqtisadi, texniki və s. sahələrdə rast gəlmək olmaz, sadəcə belə peşələrdə işləmək onlara nisbətən çətin olur.Onlara daha yaxın və rahat peşələr rəssamlıq, dizaynerlik, incəsənət aləmidir.

Denis Rzayev
Psixologiya və Konsultasiya Mərkəzi
(PCC)-nin həkim – psixiatrı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər