- “Əgər kimisə sevirsənsə, öz hisslərini ona demək üçün sabahı gözləmə. Elə bugün bunu ona de”, – bu sözləri hər zaman Djenifer Lopezdən eşitmək olur. Onun bu fikrini qısaca olaraq belə ifadə etmək olar. “Gözləmə”, “Gözləmək əvəzinə nəsə et”. Ola bilsin ki, Lopez məhz bu sözləri Mark Entoniyadeyəndən sonra, o, həyat yoldaşı model Dayana Torresdən boşanıb Lopezlə ailə həyatı qurmuşdu.
- O, menecerlərdən birini ona arıqlamağı təklif etdiyi üçün işdən çıxarır. “Kənar adamlar mənim çəkim barədə qərar verə bilməzlər”, – deyə Djennifer öz hərəkətini izah edir. Onun bu sözləri isə minlərlə artıq çəkiyə sahib olan xanımlar üçün təsəlli oldu.
- Qadınların naz etməyi normaldır. C.Lopezin qrim otağında brilyantlarla bəzədilmiş qulaqcıqlar olmalı, hotel otağının girəcəyində isə otağın interyerini dərhal dəyişə bilən dizaynerlər növbə çəkməlidir. Belə ki, istənilən vaxt, misal üçün, şıltaq müğənni divarların rəngini dəyişmək istəyə bilər.