Sosial Fobiya

z Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar.

Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən pis qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir.

Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, sosial fobiya adi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən bir xəstəlikdir.

Bu fobiya daha çox yeniyetməlik yaşlarında başlayır, müalicə olunmadıqda ömür boyu davam edir. Müalicə edilməyən sosial fobiyalı xəstələrdə paralel olaraq depressiya, aqrofobiya (evdən çölə tək çıxa bilməmək) əlamətləri əksər hallarda rast gəlinir. Yeri gəlmişkən qeyd edim ki, bu tip xəstələr spirtli içkilər qəbul edərkən özlərini nisbətən rahat hiss etdikləri üçün tez-tez alkoqolizmdən də əziyyət çəkə bilərlər.

Sosial fobiyanın əlamətləri:

Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən xmağam, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.

Sosial fobiyalı xəstələr tez-tez “qaçınma davranışları” edirlər ki, bu davranışlarla onlar özlərini “sakit etməyə və qorumağa” çalışırlar. Həmin davranışlar bunlardır: insanlar çox olan yerlərdən uzaq durmaq, tanımadığı yerlərə müxtəlif bəhanələrlə getməmək, dərs zamanı ən arxa partada oturmaq, sifətinin qızarmasını gizlətmək üçün iri yaxalıqlı köynəklərdən istifadə etmək.

Səbəbləri nədir?

Ailəsində və ya yaxın qohumları arasında sosial fobiyası olan insanaların bu xəstəliyə tutulma riski daha yüksəkdir. Bununla belə müasir elmi nəzəriyyəyə görə beyindəki serotonin adlandırdığımız maddənin azalması da bu problemi yarada bilər. Eləcə də əvvəllər utanc verici bir vəziyyətə düşmüş şəxslərdə də bu problem ola bilər. Məsələn, lövhə qarşısında dərs danışarkən səhv etmiş, bu səbəbdən də sinif yoldaşlarının gülüş hədəfinə çevrilmiş uşaq sifət qızarması, əl titrəməsi yaşayıb. Gələcəkdə bu hal hər dəfə lövhə qarşısında heç bir səbəb olmadan da təkrarlana bilər.

Sosial fobiyaya qalib gəlmək olarmı?

Bu fobiya müalicəsi olan bir xəstəlikdir. Hər şeydən əvvəl realist olmaq lazımdır. Sosial fobiya dərman terapiyası və psixoterapiya vasitəsi ilə müalicə olunur. Müalicənin ilk günlərində yüngül ürək bulanması, baş ağrıları və digər problemlər yaransa da qısa müddət ərzində keçir.Bu dərmanlar asılılıq yaratmır. Dərmanın təsirini gözləmək üçün 2 həftə lazım ola bilər. Müalicə müddəti 6-8 ay davam edə bilər.

Sosial fobiyanız varmı?

Bu test vasitəsilə sosial fobiyanın əlamətlərinin olubolmadığını öyrənə bilərsiniz.

  1. İnsanların diqqət mərkəzində olmağından qorxursunuz?
  2. Başqalarının qarşısında gülünc vəziyyətə düşməkdən qorxursunuz?
  3. Aşağıdakı vəziyyətlərin hər hansı birindən uzaq durmağa çalışırsınız?
  • Kütlə qarşısında danışmaq;
  • Nüfuzlu şəxslər qarşısında çıxış etmək;
  • İnsanların sizi müşahidə etməsi;
  • Başqalarının qarşısında yemək yemək, içmək və ya yazı yazmaq;
  • İctimai yerlərdə görüşlər.

4. Yuxarıda qeyd edilən vəziyyətlərlə üz-üzə qalanda hədsiz dərəcədə qızartı, titrəmə, sıxıntı, ürək bulanma hissinə qapılır və ya qəfil ayaqyoluna getmək hissi duyursunuz?

Əgər 1,2 və ya 3 nömrəli sualların hər hansı birinə “BƏLİ” cavabını verirsinizsə, sizdə social fobiya ola bilər.

Əgər 4 nömrəli suala “BƏLİ” cavabı verirsinizsə, dəqiq demək olar ki, sosial fobiyadan əziyyət çəkirsiniz.

Orxan Fərəcli
Psixologiya və Konsultasiya Mərkəzi
(PCC)-nin həkim psixiatrı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər