Həyat yoldaşın xəyanət edirsə…

Şübhələnirsən ki, həyat yoldaşın xəyanət edir?

Etriraf etmək istəmirsən, amma hiss edirsən ki, artıq münasibətiniz əvvəlki kimi deyil. O, evə gec gəlir, sənə fikir vermir. Yorğun olduğunu bəhanə edərək səninlə vaxt keçirtməkdən qaçır. “İşlərim çoxdur”, “Yorğunam, özümü yaxşı hiss etmirəm”, “Evdə oturanda ürəyim sıxılır”, “İclasda idim”, “Dostlarımla görüşürdüm” deyib səni sakitləşdirir. Bir sözlə hər şeyə vaxt tapır, səndən başqa.

Sən isə ən çox sevdiyin donu geyinib, xoşladığı yeməkləri bişirib onu gözləyirsən. Sən gözləyirsən, o isə..

Əvvəlcədən də ona zəng vurub xəbərdarlıq etmisən ki, tez gəlsin, işdən sonra yubanmasın. O, isə əvvəlcə gələ bilməyəcəyini desə də, sonunda təkidlərinin qarşısında aciz qalıb razılaşır. Amma nə qədər zəng etsən də cavab vermir və ya telefonu söndürülüb. Heç vaxt düşünmürdün ki, bu sənin də başına gələ bilər. Həyatında başqası var. Bunu dərk etməyə başlasan da ürəyin qəbul etmir. Acı həqiqətlə barışa bilmirsən. Hər şeydən küsüb, süfrədə yoldaşının boş qalan qabını itələyib başını onun çiyninə dirəyib sakitləşmək əvəzinə stolun küncünə qoyub ağlayırsan. Düşünürsən ki, “yəni bu münasibətimizin sonudur?”. Buna inana bilmirsən. Mübarizə aparmaq, onun sevgisini, qayğısını, diqqətini qaytarmaq istəsən də heç nə alımır. Sən ağlayırsan, o birisi isə gülür. Buna imkan vermə!

Çıxış yolu yaxındadır

Adətən filmlərdə həyat yoldaşının xəyanətindən xəbər tutub dalaşır, çox vaxt da boşanırlar. Amma sən bunu edə bilməzsən. Ona görə ki, Azərbaycanda ailə müqəddəs sayılır. Və onu dağıdanlar səbəbindən asılı olmadan daim qınanılır. Ailəni qorumaq və münasibətlərinizi davam etdirmək istəyirsənsə sənə qarşı xəyanət etdiyini demə. Ona görə ki, sənin onun xəyanətinə göz yummağın, ayrılmamağın, səni hörmətdən salacaq. Əgər o, əvvəl həyatında başqa bir qadının olduğunu gizlədirdisə, artıq buna ehtiyac olmadığını anlayacaq. Əvvəllər həftədə iki dəfə gec gəlib dostları ilə görüşdüyünü, iclasda olduğunu bəhanə gətirirdisə indi hər gün gec gələcək. Heç bir bəhanə də uyduraraq özünü yormayacaq. Axı, sən hər şeyi bilirsən. Buna baxmayaraq heç nə etmədin. Dalaşdın, qışqırdın, ağladın, bir-neçə gün onunla danışmadın. Sonra isə əvvəlki kimi yaşamaq məcburiyyətində qaldın.

Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de

Yaxşı olar ki, bütün gücünü toplayıb susasan. Heç nəyi bilməyən kimi davran. Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de. Qoy səni aldatdığı üçün özünü günahkar hiss etsin.

Ünsiyyət problemi

Çox vaxt qadınlar ailə həyatı qurduqdan sonra məişət problemləri barədə danışır və şikayətlənirlər. Kişilər isə belə söhbətləri dinləməyi xoşlamırlar. Yaxşı olar ki, məişət problemlərinin həllinə bir saat ayırıb qalan vaxtınızı münasibətinizə və sevgi barədə olan söhbətlərə həsr edəsiniz.

Həyat yoldaşının ailə üzvləri barədə dediyiniz mənfi fikirlər də münasibətlərin soyumasına səbəb ola bilər. Çalışın ki, onun ailə üzvləri ilə yaranan problemləri özünüz həll edib, yalnız ehtiyac yarandıqda həyat yoldaşınızla bölüşəsiz.

Münasibətiniz əvvəlki kimi deyil?

Əksər qadınlar ailə həyatı qurduqdan, uşaqlıqdan bəri arzuladığı arzusuna çatdıqdan sonra arxayınlaşır. Başı ailə qayğılarına, məişət problemlərinə qarışır. Özünə fikir vermir, düşünür ki, həyat yoldaşı onu olduğu kimi sevir. Bəli, həyat yoldaşınız sizi olduğunuz kimi sevir. Ancaq evdə pırtlaşıq saçlarla, yemək iyi hopmuş paltarda, ləkəli xələtdə, hər gün idman üslublu geyimdə sevgilini görmək insana çox pis təsir edir. Ən azından sizi səliqəli və baxımlı görmək həyat yoldaşınızın haqqıdır. Onun üçün tanışlığınızın və ya evliliyinizin ilk illərində olduğu kimi bəzənin. Yorulmağınız və vaxtınızın olmaması sizə bəraət qazandırmır. İstəsəniz bunu edə bilərsiz. Bəzənməyiniz və baxımlı görünməyinizlə yanaşı idmanla məşğul olmaq da həm xarici görünüşünüzə, həm də sağlamlığınıza müsbət təsir göstərəcək.

Xəyalların sahibəsi

O, səninlə vaxt keçirməkdən qaçır? Münasibətiniz həyacanını itirib? Narahat olmayın, evli cütlüklərin əksəriyyəti gec və ya tez bu mərhələni yaşayır. Əsas odur ki, bunu anlayıb dəyişməyə cəhd edəsiz. Ümid edirəm, hər şey alınacaq. Həyat yoldaşınıza darıxdığınızı və birgə harasa getmək istədiyinizi təklif edin. Kinoya, teatra, restorana və ya təbiət qoynunda dincəlməyə gedin. Şənlənib mənfi emossiyalardan uzaq olmağa çalışın. Birgə vaxtlarınızı bayram kimi qeyd edib onun xəyallarının sahibəsinə çevrilin.

Aynurə Məmmədova
Baş redaktorun müavini

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər